Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
44 okur puanı
Şubat 2023 tarihinde katıldı
Adam bir az bədbəxt olanda artistlik eləməyi yaxşıdır. Mən bir kişi tanıyırdım, arvadı ölən dəqiqədən torpağa qoyulana kimi öz otağına çəkilib, şahmat məsələsi həll elədi. Hamı ona daşürəkli deyirdi, ancaq bircə mən bilirdim ki, arvadını dünyada hər şeydən çox istəyirdi. Sadəcə olaraq, nə edəcəyini bilmir, gecə-gündüz şahmat məsələsi həll eləyirdi ki, onu yadından çıxara bilsin...
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bəzən uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq.
Heç kəsə yaxşılıq etmək lazım deyilmiş, o dəqiqə cəzasını çəkirsən. Gərək, əl vurmayaydım, qadını qan aparaydı. Çox pis zəmanədə yaşayırıq, Veber!
– Mən isə qocalmaq istəmirəm. – Heç qocalmayacaqsan da. Həyat sənin yanaqlarını sığallayıb keçəcək, onlar daha da gözəlləşəcək... Vəssalam... Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir. – Yox, adam sevməyəndə qocalır.
Onda gəl bahalı restorana gedək, gürü yeyək, şampan içək, ata-analarımız müharibələrdən qabaq necə qayğısız, sentimental, qorxusuz-ürküsüz, zövqsüz- filansız oturublarsa, eləcə də oturaq! Gözüyaşlı oleandr kolları... Bir yanda skripka, bir yanda dəniz... Bir yanda da ay... məhəbbət... Az qalır, inanam ki, nə vaxtsa bizim də ev-eşiyimiz, uşağımız, bağımız, sənin isə pasportun, gələcəyin olacaq. Mən də şöhrətimi sənə qurban verəcəyəm, lap qocalanda da bir-birimizi belə sevəcək, qısqanacağıq, sənin gözlərində həmişə gözəl qalacağam, bir gecə evə gəlməyəndə gözümə yuxu getməyəcək!