Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
44 okur puanı
Şubat 2023 tarihinde katıldı
Həyat adama təkcə öz şəxsi istəkləri, qisas, lap qanına işləsə də – xudpəsəndlik, özünü yaddan çıxarıb başqalarına kömək eləmək, çox vacib hesab eləyib dünyanı bircə addımlığa da olsa, bu qan çanağından, çirkabdan uzaqlaşdırmaq üçün lazım deyil. Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Qoca professor Mayeri ölkədən çıxarmaq haqqında göstərişi də bu vermişdi. Ancaq Mayerin o əzablı yolları bir də keçməyə heyi qalmamışdı və çıxarılandan bir gün qabaq özünü paltar şkafından asmışdı. Ona görə paltar şkafından asmışdı ki, heç yerdə qarmaq tapmamışdı. Çətinlik də çəkməmişdi. O qədər ac-susuz qalmış, o qədər arıqlamışdı ki, şkafdakı çəngəl də onu saxlamışdı. Səhər-səhər xidmətçi qız onu tapanda, əvvəlcə elə bilmişdi ki, eləcə paltardır, içindəki cəsədi sonra görmüşdü. Əgər bu piy basmış qarında bir azca insaf olsaydı, Mayer hələ də yaşayardı.
Bu qarnıyırtıq kişinin də öz əxlaq prinsipləri vardı. Onun da bir insan kimi Mayerə yazığı gəlirdi, ancaq onunla bərabər, başqa hiss də vardı, adına milli borc deyirdi. Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir böyüyü var! Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddibaşlı əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət... daha nə bilim nələr... Adicə insanlıq qanunlarından qaçıb arxasında gizlənmək üçün pərdə tapmağa nə var!
Ket adyalı sinəsinə çəkdi: – Xəstəxana monastır kimi bir şeydir, – dedi, – hər xırda şeyin qədrini bilirsən. Məsələn, gəzmək, nəfəs almaq, görmək... – Elədir. Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır.
Əsl həyat bircə anın səadətindədir. Bu bircə an əbədiyyətə lap yaxındır. Onda sənin gözlərin bərq vurur, nəhayətsiz göylərdən damcı-damcı ulduz yağır, allahlar qocalır, sənin dodaqların isə təravətli qalır, tapmacalı gizlənqaç oyunu başlayır: «Gəldim! – Gəl!»... Qaranlıqlardan sevənlərin birinin harayı, o birinin cavabı eşidilir, vüsal həsrəti adamı məst eləyir, təkhüceyrəli orqanizmdən başlayıb Rufi, Esferi və Yelenaya qədər uzun bir yol keçmiş, hətta yer üzündəki bütün heyvanlara da xas olan azğın ehtiras sənə də, mənə də gəl-gəl deyir...