Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
44 okur puanı
Şubat 2023 tarihinde katıldı
Ravik qəzetlərə işarə etdi: – Bizə daha fikirləşib baş sındırmaq lazım deyil. Hər şeyi qabaqcadan fikirləşiblər, götür-qoy ediblər, duyublar. Lap konserv kimidir, təkcə ağzını açmaq lazımdır. Gündə üç dəfə evə göndərirlər. Daha bizə əkib-becərmək, tərəddüd, şübhə, həsrət ocağında bişirmək lazım gəlmir. – O irişdi. – Belə həyat asan yox, ucuzdur, Boris. – Yox, biz saxta pulkəsənlər zəmanəsində yaşayırıq. – Morozov qəzetləri əlinə götürdü. – Bir bunlara bax! Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər, həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər!
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
İşlər düz gətirsə...– Janno başını yastıqların arasına soxmuşdu və ağıllı sifətində, səyriyən yanaqlarında təbəssümə oxşar nəsə göründü. – Hərdən adamın bəxti gətirir, eləmi, hə?!
Bu, sədd deyil, Joan, aramızdakı on beş ilin yaş fərqidir. Hamının həyatı öz evi deyil ki, xətri istəyən mebellə bəzəsin. Çoxunun ömrü mehmanxanada keçir. İllər də onun arxasınca həmin mehmanxanaların qapıları kimi bağlanır. Qalan təkcə cüzi qeyrət hissidir. Təəssüf hissi isə heç vaxt qalmır.
Bir iş tutmaq istəyəndə, qabaqcadan onun nəticəsini soruşma, yoxsa eləməyəcəksən.
Əslində, heç nə bilmirəm, elə-belə dedim. Adam heç vaxt heç nəyi dəqiq bilmir. Hər şey həmişə tərsinə olur. Elə indi də... Dünyada ikinci gecə yoxdur, həmişə birinci olur. İkincidə isə hər şey qurtarır.