Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
44 okur puanı
Şubat 2023 tarihinde katıldı
– Bəlkə də... Ancaq tək-tənha küçədən gəlib, açarı götürüb, qapını açıb bomboş otağa girə bilmirəm. Onda, elə bil, qəbrə girirəm. O yerdə ki səni çamadanlardan başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir. – Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
Çox şeyi qoymağa yer tapılır. Bu dünyada hər şey üçün yer, nə qədər istəsən var. Təkcə adamlara çatmır.
Ravik pəncərədən baxdı. Daha neyləyəcəkdi? Ona qalan bircə bu idi. Yaşayırdı, bəsi idi. Bir dünyada ki hər şey gəldi-gedərdi, bu gün tikdiyin sabah yerlə-yeksan olur, orada nəsə eləməyə dəyərmi? Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki, əvəzi yoxdur. Nə vaxtsa, haradasa bir məqsədin olana kimi dözəsən. Nə qədər az güc sərf eləsən, o qədər yaxşıdır, sonralar lazım olur...
Ravik onun adı yazılmış kağızı cibindən çıxarıb cırdı, havaya sovurdu. Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...