Alsu Cəfərova

Alsu Cəfərova
@alay123
10 okur puanı
Temmuz 2022 tarihinde katıldı
9/10
··
Beğendi
"Qorxu vadisi" Bu ikihissəli roman sanki 2 fərqli əsəri özündə birləşdirib, amma əslində 1. Hissədəki hadisələri anlamaq üçün 2. Hissə verilib. 1. Hissədə baş vermiş bir qətl və onun Şerlok Holms tərəfindən həlli, 2. Hissədə isə 1. Hissədən olan bir obrazın keçmiş həyatı haqqında danışılır. Hər iki hissə ayrı ayrı obrazlarla və hekayə xətti ilə oxucunu (məni) kitab boyunca böyük maraqda saxlamışdır. Uzun müddətdir kitablardan uzaq qaldığım və kitab oxumağa həvəsim öldüyü üçün günlük stabil kitab oxumağa qərar vermişəm. Bu addım üçün bu romanı seçməyim etdiyim ən düzgün addımlardan biri oldu.
Şerlok Holmsun (Sherlock Holmes) MacəralarıArthur Conan Doyle · Qanun Nəşriyyatı · 202215bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·264 syf.··
Beğendi
·
2023 1. kitabı
Aljir Bu kitab mənə orta məktəbdə sevmədiyim, ədəbiyyat kitabındakı ötürdüyüm əsərləri xatırlatdı. Ama indi bu tarixi romanı o qədər böyük həvəs və zövqlə oxudumki... Yazıçının o dövrü rahat hekayə ilə təqdim etməsi, indiki və keçmiş zamanı paralel danışması kitabın axıcılığını artırıb. Bu kitab "vətən xaini" damğasına vurulmuş insanların və ailələrinin məruz qaldığı əzablar, ədalətsizliklər haqdadır. Güllələnmə, sürgünə göndərilmə, orada çəkilən əzablar, Stalinə pərəstiş etsən, sadiq qalsan belə üstünə böhtanın atılması, müsavatçı, əksinqilabçı anlayışları, Tanrıya inam o qədər sadə və gözəl göstərilmişdirki. Sadəcə bir hekayənin içində bu qədər fikrin göstərilməsi mənim xoşuma gəldi. Birdəki film izləyirəm kimi hiss etdim. Heç keçmiş ilə maraqlanan, o zamanın liderlərini, ideologiyalarını öyrənməyi sevən biri deyiləm. Amma mənim kimi o zamanı hiss etmək istəyən varsa oxumağa dəyər. P.S. O dövrü bilənlər üçün bəlkə də maraqsız gələ bilər. Çünki sadəcə bir romandır. O vaxtlar çəkilən acıları göstərir. Amma məncə dəyər. Ülviyyə Tahir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
Mark Levi ilə ilk tanışlığım
8/10
·404 syf.··
Beğendi
·
2023 8. kitabı
Başqa Bir Xoşbəxtlik Bu kitab köhnə Amerikan filmlərini mənə xatırlatdı. Niyəsə oxuduqca sanki TVdə kinoya baxıram kimi hisslər keçirirdim. Aqata adlı qadın cəzasının bitməsinə 5 il qalmış həbsdən qaçır. Yolda qarşılaşdığı Milli adlı qadın ilə 5 günlük yol macerası yaşayır. Amma bu yol onları bir birinə yaxın və doğma edir. Bir az dedektiv tərzində kitab idi. Amma bu qarşılaşma əslində təsadüf deyil. Bu obrazlar arasında olan əlaqənin tədricən açılması kitabın marağının artmasına səbəb olur. Kitabda adı çəkilən hər bir obraza diqqət yetirmək lazımdır. Onlar o qədər şirin və doğma idilərki. Kitabda bir az Amerika siyasətinə, qaradərililərə qarşı olan ədalətsizliklərə (məsələn Soledad qardaşları) və hakim orqanların özbaşınalığına da yer verilmişdir. Bundan başqa azadlıq üçün mübarizə aparan gənclərin həyatlarından, başlarına gələnlərdən də bəhs edir. Mark Levinin oxuduğum ilk kitabı idi və çox sevdim. Marc Levy
Başqa Bir XoşbəxtlikMarc Levy · Qanun Nəşriyyatı · 2015608 okunma
Şerlokla ilk tanışlığım
8/10
·260 syf.··
Beğendi
·
2023 7. kitabı
Baskervillərin İti Şerlokun oxuduğum ilk əsəri idi. İndiyə qədər oxumamağıma səbəb Puaroya xəyanət edəcəyim fikri idi. Amma kitab hədiyyə olduğu üçün öz xoşumla xəyanət etməyəcəyimi düşünüb oxumağa qərar verdim. Maraqlı dedektiv kitablarından biri idi. Bunu oxumaqla niyə dedektiv janr deyəndə hər iki yazıçının, dedektivlərin müqayisə edildiyini anladım. Çünki Artur və Aqata eyni üslubda yazıblar. İlk öncə hadisə baş verir, əsərlər Puaronun dostu Hastinqs ya da Şerlokun dostu Uotson tərəfindən nəql edilir. Ən sonda isə Puaro ilə Şerlok hadisənin üstünü açırlar. Onlar arasında fərqlər, Puaro Şerloka nisbətdə xarici görünüşdə çirkin, ama vərdişləri cəhətdən daha sağlam biri kimi göstərilir. Ondan başqa Puaro hadisəni həll edəndə "kiçik boz hüceyrələrini" istifadə edir. Halbuki Şerlokda elə xüsusi bir şeyə rast gəlmədim. Əsərləri yazmağa başlayanda Aqatanın Arturdan təsirləndiyini demək olar. Amma yaratdığı əsərlərin şah əsər olduğunu demək borcumdur. Arthur Conan Doyle
Baskervillərin İtiArthur Conan Doyle · Qanun Nəşriyyatı · 011,4bin okunma
8/10
·160 syf.··
Beğendi
·
2023 4. kitabı
Şerlok Holms - Al Qırmızı Etüd Al-qırmızı etüd Arturun oxuduğum 2. romanıdır. Kaş "Baskrevillərin iti"ni bundan sonra oxusaydım. Çünki, ən azından Uotsonun istefa etmiş hərbi həkim olduğunu, Şerlokun isə laboratoriyada tədqiqatlar aparan biri olduğunu bilərdim. Şerlokun skripka çaldığını da yeni öyrəndim. Bu əsər isə Aqatanın stilindən xeyli fərqlənirdi. Romanın ilk yarısında cinayətin olması, dedektivlərin fərziyyələri olsa da, ikinci yarısında tamamilə başqa bir hekayə - keçmiş haqqında danışılmağa başlandı. ( Bu hissədə görəsən kitabı səhv çap ediblər deyə düşünmüşdüm. Sonra oxuyanda əslində romanın ən vacib parçası olduğunu anlayırsan.) Qatilin də niyə cinayət törətdiyini də anlamış olduq. 1 günə bitirə bildiyimə görə romanın çox maraqlı olduğunu rahatlıqla deyə bilərəm. Arturun yazı stilini isə hələki tam anlamamışam. Ümid edirəm bu kitabı bitirəndə Aqata ilə arasında olan fərqi tam anlayaram. Arthur Conan Doyle
Şerlok Holms - Al Qırmızı EtüdArthur Conan Doyle · Qanun Nəşriyyatı · 018,1bin okunma