Ali Aliyev

Ali Aliyev
@ali_aliyev99
Ali Aliyev bir yorumu yanıtladı.
"Avropada zərif cinsin nümayəndələrinə verilən "ifrať" hüquq və azadlıqlar, onlara göstərilən “mənasız" ehtiram və avropalı kişilərin açıq-saçıq geyinən və xəyanət edən qadınlara qarşı qısqanc və tələbkar olmaması müsəlmanları dəhşətə gətirirdi".
Sayfa 113·Kitabı okuyor
Avropalı qadınların açıq -saçıq geyimləri onlara " ehtiram"ın nəticəsi deyil. Ehtiram göstərməməyin nəticəsidir. Əlçatan, istifadəyə müsait olmaqları qadını azad da etmir. Müsəlman qadınlar da örtünmə feilini kişilər qısqanmasın və yaxud onların tələbləri yerinə yetsin deyə də etmirlər. Bunu istəyə Allahdır. Allahın tələbi yerinə yetirilir. Bernardın İslamı və müsəlmanları anlamağı da bu qədər olar.
Onsuz da Bernard Lyuisin arqumentləri "Qərb mərkəzli" baxış bucağından ortaya atılıb. Üstünlüyü ondan ibarətdir ki, hər kəsin bildiyi geriləmə səbəblərini bir balaca obrazlı və geniş şəkildə əsər halında çap etdirib. Çünki əsərdə əməlli klişe fikirlər var və orjinal nəsə tapılmır. Sadəcə tarixi informasiya baxımından zəngindi deyə davam edirəm. Ordakı ehtiramdan açıq-saçıq geyindilər demir əslində, sadəcə müsəlmanların qəbul etdiyi mənəvi dəyərlərdən çox uzaq anlayış olduğunu vurğulayır. Amma məlum məsələdir ki, mənəvi dəyərləri boş vermiş cəmiyyət və onun fərdləri idarə edilməyə daha uyğundur. Çünki insanda təbiəti etibarilə yalnız heç bir qarşılıq güdmədən reaksiya verdiyi yeganə şey mənəvi dəyərlərdir. Onu da əlindən verən cəmiyyət müəyyən qarşılıqlar almaqla hər şeyi edər. Nəsə ki Bernardı kitabları yarıda saxlamağı sevmirəm və Ramazan ayı dini mövzulara bu və ya digər üsulla toxunan əsərləri oxumaq istəyirəm deyə davam edirəm)
1 yanıtı göster
Ali Aliyev bir yorumu yanıtladı.
Sırf elmi nöqteyi-nəzərdən insan həyatının heç bir mənası yoxdur. İnsanlar müəyyən bir məqsədi olmayan korkoranə təkamül prosesi nəticəsində ortaya çıxıb. Bizim fəaliyyətimiz əsla ilahi kosmik planın parçası deyil. Əgər sabah Yer kürəsi partlayaraq yox olsa, kainat yenə öz həyatına davam edəcək. Subyektiv müsahidəçi olan insanın kainat üçün bu qədər zəruri þlduğunu da iddia edə bilmərik. Buna görə də, insanların öz həyatlarına verdiyi hər hansı bir məna sadəcə illüziyadan ibarətdir.
Sayfa 420·Kitabı okudu
Alıntı
Harari yaxşı esseistdir, amma yaxşı akademik demək olmaz. Hər şey bu qədər mənasız və heç nədən ola bilməz.
Önceki 1 yanıtı göster
Nigar Orucova
Nigar Orucova
bəli, həm bunu, həm də "Homo Deus" əsərini oxumuşam. Bir az dövrün tələbinə uyğun yazır. Yəni mürəkkəb informasiyalar sadə dildə və buna görə yaxşı oxunur. Amma istənilən fikri barədə deyə bilərəm ki, populist yanaşması da çoxdu, fakt yoxdu, sadəcə fikri güclü ifadə etmək bacarığı isə yüksək səviyyədədir. Dediyim kimi güclü esseist. P.s oxumağım bu tətbiqdə görünmür çünki bu tətbiqi yükləyənə qədər oxuduğum kitablar burada qeyd olunmayıb(
1 yanıtı göster
Ali Aliyev yorumladı.
Ben ATANIYORUM!
Tebrikler!