Gülər Əliyeva

Gülər Əliyeva
@aliyeva_gular
sürrealist və postmodernist
Filoloq
BDU/BSU
31 Ocak 2002
200 okur puanı
Mayıs 2021 tarihinde katıldı
7/10
·352 syf.··
Beğendi
·
2024 23. kitabı
"Solğun" əsəri fantastik mövzuda yazılmışdır. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, burada tarixi motivlər yer alıb. Görəsən bu motivlər həqqiqətə söykənir yoxsa sadəcə yazıçı təxəyyülüdür? Bu suala yalnız yazıçı cavab verə bilər. Əsərin sonları tez-tələsik formada yazılıb. Ümid edirəm ki, əsərin II hissəsi oxucuların ixtiyarına verilər. Ümumilikdə yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq, pis deyildi.
SolğunƏşrəf Əşrəfov · Teas Press Nəşriyyatı · 202338 okunma
Reklam
Halqa
10/10
·121 syf.··
Beğendi
·
2024 20. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Eylül 2024 15:16
Yazıçının ilk qələm təcrübəsi olan "Halqa" əsəri maraqlı süjet xətti ilə diqqətimi cəlb etdi. Əsərdə duyğular, daxili sarsıntılar məharətlə təsvir olunub. Diqqətimi cəlb edən isə mistik qüvvələr və sürrealizm motivləri idi. Məsələn, əsəri oxuyarkən ağ kağızın çevrilib göyərçinə çevrilməsi hissəsi gözümüb önündə canlandı. Xeyir və Şərin mübarizəsi, xəyali olsa da xeyirin qələbə qazanması oxucunu ümidləndirir. Onu da qeyd etmək istəyirəm ki, yazıçı öz prototipini yaradıb. Bunu Tağı obrazında görə bilərik. Sonda qeyd etmək istəyirəm ki, əsərin müsbət tərəfləri çox olsa da, mənfi tərəfi ondan ibarətdir ki, obrazların dili çox bayağı idi. Buna baxmayaraq, yazıçının cəsarətinə görə ona təşəkkür edirəm.
Alıntı
HalqaRamazan Rizvan · Owl Neşriyat · 202436 okunma
10/10
·96 syf.··
Beğendi
·
2022 39. kitabı
Bu əsər yazıçının şah əsərdir. Alleqoriyadan mahircəsinə istifadə olunması əsərin dəyərini daha da artırır. Hər cümləsi qızıl kimi dəyərlidi. Ədib oxuculara çatdırmaq istəyir ki,içimizdəki çürükləri təmizləmədən heç bir şey əldə edə bilməyəcik. "Tüm hayvanlar eşittir" cümləsi "Bütün insanlar eyni hüquqlara sahibdir" deməkdir. Amma əsəri oxuduqca görürük ki, o deyimin üzərində dəyişiklik olunur. Gerçək həyatda da belədir. Hər şey kağız üzərində mükəmməl görünür. Fəqət onu fərqli şəkildə həyata keçiririk. Əsəri oxuyanda çox zövq aldım. Hər kəsə tövsiyə edirəm
Edebiyat
Hayvan ÇiftliğiGeorge Orwell · Kapı Yayınları · 2021296bin okunma