Dəyanət

Adolf Hitler səhərdən axşamacan Vyana şəhərinin küçələrində sərsəri kimi ac-yalavac dolaşır. Kasıb olsa da, qürurundan fəhləlik etmək istəmir. O yalnız sənət adamı kimi yaşamağı arzulayır, eyni zamanda burjua təbəqəsinə nifrət edirdövlət idarələrində çalışan qalstuklu-kostyumlu məmurlardan isə, sadəcə olaraq, iyrənir.
Sayfa 47·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Valter Steyn vurğulayır ki, adi vaxtlarda kəkələyə-kəkələyə danışan, iki cümləni bir-birinin dalınca güclə deyən bu utancaq Hitlerə gözlənilmədən qəribə bir vəhy gəlirdi – dili topuq vuran Hitler onda dönüb gözəl bir natiqə çevrilirdi. Ədəbi və fəlsəfi cümlələrlə, poetik və lirik ifadələrlə, gözləri işıldaya-işıldaya ehtirasla elə çıxışlar edirdi ki, ətrafdakılar ağızlarını açıb ona heyranlıqla qulaq asırdılar. İşin qəribə tərəfi burasındadır ki, – Steyn əlavə edir, – belə anlarda sanki Hitlerin özü də öz ağzından çıxan ifadələrə heyrətlə qulaq asırdı. Elə bil kimsə qəflətən onun içinə girib, onun ağzı ilə, onun səsi ilə bir müddət danışır, sonra onu tərk edirdi. Yoldaşlarının qarşısında etdiyi belə çıxışlardan sonra ”Hitler süst düşürdü, yorğun halda kresloya sərələnib, qanadları sınmış quş kimi çapalayırdı”. Sanki bir az bundan əvvəl bütün auditoriyanın qulaq kəsildiyi, coşqunluqla çıxış edən natiq bu deyilmiş.
Sayfa 45·Kitabı okudu
Hitler çox acınacaqlı gündə idi. Bir neçə dəfə pulu olmadığından evini Adolfa kirayəyə verən adam onu evdən qovmuşdu. Hitler məcbur olub bomjların yatdığı sosial yataqxanalarda gecələmişdi.
Sayfa 38·Kitabı okudu
İndi onun əsl həvəsi mütaliəyədir. Hitler “Mənim mübarizəm” əsərində yazırdı: ”O vaxtlar həddən artıq çox kitab oxuyurdum”.
Sayfa 37·Kitabı okudu
Hitler saqqal da buraxır, ancaq dostu Haniş onu ələ salır, deyir ki, yəhudiyə oxşayırsan. Bundan sonra o, saqqalını qırxır və daha ömrü boyu saqqal saxlamır.
Sayfa 37·Kitabı okudu