Dəyanət

Hitler də, onun özü kimi fanatik dostları da ancaq bir həqiqətə inanırlar: həyatda qalib gəlmək üçün yalnız və yalnız qəddarlıq, zalımlıq, mərhəmətsizlik göstərmək, insanlara hədsiz-hüdudsuz nifrət bəsləmək və əzab-əziyyət vermək lazımdır.
Sayfa 95·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ancaq bütün bunlara baxmayaraq, Hitlerin ürək dostu yoxdur. O, həyatı boyu heç vaxt heç kimə ürəyini açmayacaq, beyninin və qəlbinin dərinliklərində olan fikir və hisslərini hamıdan gizli saxlayacaqdı. Hitler bu sirləri ölənə qədər öz daxilində gizlədəcək… və bir gün etiraf edəcəkdi ki, ”daxilimdə olan sirlər çox ağır sirlərdir, onları kiməsə açıb-ağartmaq mümkün deyil”.
Sayfa 82·Kitabı okudu
Hitler həmişə tək-tənha dolanırdı, heç kimlə söhbət eləmirdi, yalnız öz dünyasında idi. Yoldaşları bunu Adolfa irad tutur, onu “yalquzaq” deyə ələ salırdılar. Hitler isə öz növbəsində yoldaşlarına nifrət edir, onların lağ və zarafatlarına məhəl qoymurdu.
Sayfa 55·Kitabı okudu
Əgər kimsə gücsüzdürsə, zəifdirsə, deməli, onun taleyi belədir. O taleyin adı isə məhv olmaqdır. Dünya yaranandan indiyə kimi bu qanun qüvvədədir. Bu ideyalarla silahlanan Hitler çox keçmədən inqilabi fəaliyyətə başlayır. Onun fikri onu qəbul etməyən cəmiyyətdən intiqam almaqdırÖzü də xüsusi bir qəddarlıqla
Sayfa 52·Kitabı okudu
Sonralar Hitler hamıya danışırdı ki, o, Vyana şəhərində yaşadığı illərdə oradakı İmperiya kitabxanasında beş yüzdən artıq kitab oxuyub. (!)
Sayfa 48·Kitabı okudu