Anar

Anar
@anar_85
BDU
Canada ON
Baku, 25 Eylül
588 okur puanı
Kasım 2020 tarihinde katıldı
Hər bir dahiyanə, yaxud yeni bəşəri fikirdə, ya da, sadəcə olaraq, hətta hər hansı bir şəxsin başında yaranan hər bir ciddi bəşəri fikirdə həmişə nə isə elə bir şey qalır ki, siz bütöv cildlər də yazaraq, öz fikrinizi otuz beş il müddətində şərh etmiş olsanız da, bunu başqa adamlara çatdırmaq heç cür mümkün deyildir; həmişə elə bir şey qalacaq ki, o, sizin qafa tasınızın altından qətiyyən çıxmaq istəməyəcəkdir; əbədi olaraq öz başınız da qalacaqdır. Bəlkə də, öz ideyanızın ən əsas cəhətini heç kəsə verə bilməyib elə bu cür də öləcəksiniz.
Edebiyat
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Onlardan soruşun, bir soruşun görək onların hamısı, bir nəfərə qədər hamısı xoşbəxtliyi necə başa düşür, xoşbəxtlik nədən ibarətdir? Siz əmin olun ki, Kolumb Amerikanı kəşf edəndə deyil, onu kəşf etməkdə olduğu vaxt özünü xoşbəxt hesab edirdi; əmin olun ki, onun xoşbəxtliyinin ən yüksək nöqtəsi, bəlkə də, Yeni Dünyanı kəşf etməsindən tam üç gün əvvəl olmuşdur; o zaman ki, qiyam edən ekipaj ümidini itirərək, gəmini az qala geri, Avropaya Qaytarmaq istəyirdi! Burada məsələ Yeni Dünyada deyil, alt-üst olaydı o dünyanı. Kolumb, demək olar, onu görməmiş öldü, işin əslində, nə kəşf etmiş olduğunu da bilmirdi! Məsələ həyatdadır, yalnız həyatda - heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir!
Edebiyat
Knyaz iddia edir ki, dünyanı gözəllik xilas edəcək! Mən isə iddia edirəm ki, belə şən fikirlər knyazın ağlına ona görə gəlir ki, o, indi vurulmuşdur.
Edebiyat
Bir nəfər həyatdan uzaqlaşmış mütəfəkkir şikayətlənir ki, “bəşəriyyət aləmi hədsiz səs-küylü və sənayeli olur, mənəvi rahatlıq azdır”. Hər tərəfi gəzib-dolaşan başqa bir mütəfəkkir ona: “Qoy olsun, lakin ac-yalavac bəşəriyyətə taxıl daşıyan arabaların taqqıltısı, bəlkə də, mənəvi rahatlıqdan yaxşıdır”, qalibiyyətlə cavab verərək, ondan qürurla uzaqlaşır.
Düşünce
Elə ideyalar var, elə yüksək ideyalar var ki, onların haqqında danışmamalıyam; ona görə ki, mütləq hamını özümə güldürərəm.
Knyaz Lev Mışkin·Kitabı okudu