Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı niyə, bazar günü elə bazar günü qaydasıyla keçir... bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?
Ey mənim əziz anam, sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu məşəqqətdən heç özümdə bilmirəm hara qaçmaq istəyirəm!..
Bir düşünceyi savunmak veya kabul ettirmek için silaha sarılmayı göze alacak kadar kötü yönetilen insanlar hâlâ savaş halindedirler; ve içinde bulundukları durum, barış değil, sadece, birbirlerinden korktukları için bir ateşkes durumudur; ve böyle insanlar sürekli olarak adeta savaş mevzilerinde gibi yaşarlar.
Sayfa 141 - Sözleşme ile Kurulmuş Egemenlerin Hakları Üzerine
Bir ara riyaziyyatla məşğul olmaq istədim və 1828 ci ilin yayında Barmuta gedib riyaziyyatı dərindən öyrənmək üçün müəllim tutdum, ancaq müəllim kütbeyin olduğundan riyaziyyatdan aldığım biliklər çox zəif idi. Məşğələlər cəbrin əsasında dayanan prinsiplərin hansı məna daşıdığını anlamaq gücündə olmadığı üçün məndə ikrah hissi oyadırdı. Səbirsizlik edib bu prinsipləri dərindən öyrənmədiyimə görə sonradan təəssüfləndim, çünki riyaziyyatı öyrənməklə heç olmasa onun ilkin prinsiplərini az da olsa, qavraya bilərdim və mənə elə gəlir ki, belə biliklərə yiyələnən insanlar ağılları üçün əlavə bir silah (extra sense) əldə edirlər. Ona görə də bu sahədə elementar riyaziyyatdan artıq nəsə öyrənmək bacarığım olmayıb.