Onlar ayaqqabınızın dabanı ölçüsündə olan bir neçə palçıq yığınına görə bir-birilerini öldürürlər. Ən maraqlısı da odur ki, burada savaşıb bir-birini öldürən bu milyonlardan heç birinə bu balaca palçıq yığınından bir toz da çatmayacaq, bunu onlar özləri də çox yaxşı bilirlər. Savaş bu palçıq yığınlarına kimin yiyəlik etməsi üstündədir: sultan titulu, yoxsa qeysər titulu daşıyanmı buralara yiyəlik etməlidir? Onlardan heç biri haçansa bu torpaqları nə görüb, nə də gedib görmək istəyir, elə bir-birini öldürənlər də uğrunda ölümə getdikləri qeysərin üzünü bircə yol da olsa gormeyibler.