Yad adından gördüyümüz kimi bizə yad olan bir obrazın təsvir edildiyi bir kitabdır. Merso cəmiyyətin qoyduğu normlara uyğun gəlməyən xarakter və düşüncəyə sahib bir insan idi. Onun üçün hər şey çox mənasız və eyni idi. Bir şey olması ilə olmamasının onun üçün bir fərqi yox idi. Onun üçün ölüm də normal bir şey di. Heç nəyə emosional olaraq bir məna yükləmirdi. Biz bunun ən bariz nümunəsini, anasının ölüm xəbərini aldığı anlarda görə bilərik. O anasının ölümünə üzülməkdən daha çox ahıllara evinə gedərkən çəkəcəyi yol yorğunluğunu düşnürdü.
Sevgilisi Mari ondan onu sevib-sevmədiyini soruşanda "sevmədiyini", amma evlənmək istəyirsə, bunun bir fərqi olmadığını bildirirdi. Eyni zamanda qonşusu Raymon ona dost olmağı təklif edəndə yenə eyni reaksiyanı verir: "fərqi yoxdur, əgər sən istəyirsənsə, dost da ola bilərik".
Sahildəki bulağın şırıltısını bir də eşitmək üçün ora geri qayıdanda ərəbin orda olduğunu görür. Gözünə günəşin şüaları düşdüyü üçün bir neçə addım bulağa doğru yaxınlaşır, özü də bilirid ki, bu onu günəşdən xilas etməyəcək, amma yenə də o addımı atır. Həmin anda ərəb bıçağını çıxarır, bıçaqdan yanısayan günəş şüalarını daha da narahat edəndə Merso bir dəfə, adından isə 4 dəfə güllə atır.
Məhkəmədə bu cinayətin səbəbini araşdıranda onun adamı öldürməyindən daha çox şəxsi xüsusiyyətlərinə diqqət yetirirlər. Anasının dəfni zamanı sərgilədiyi davranışlar durmadan müzkirə edilir. Onu törətdiyi əmələ görə yox, anasına qarşı davranışına görə mühakimə edirlər. Dəfndə niyə ağlamadığını, anasını niyə ahıllarına evinə göndərdiyini durmadan soruşub dururdular. Onu atasını öldürən digər məhkumla müqayisə edərək cəmiyyətə yad olduğunu və bunun üçün mərhəmətə layiq olmadığından edam edilməli olduğu qərarına gəlirlər.
Yəni qısaca, törətdiyi əməldən deyil, cəmiyyətdəkilərdən