Arzu Abdulova

Arzu Abdulova
@apocalypcis
political science
Baku
31 Aralık 2001
17 okur puanı
Haziran 2022 tarihinde katıldı
Fərqindəlik insanın öz daxili dünyasına səyahət etməsi kimidir. Özümüzə verdiyimiz suallar bizə kim olduğumuzu, bizi nələrin məhdudlaşdırdığını və inkişaf etmək üçün nələri dəyişə biləcəyimizi öyrədir. Fərqində olduqca düşüncə tərzimiz dəyişir, duyğularımızı idarə etməyi bacarırıq. Əslində, çox şey bilirik, amma fərqinə varırıqmı? Sadəcə bilmək kifayət deyil, onu dərk etmək lazımdır. Dua, meditasiya, yoga və anda qalmaq bu fərqindəliyi artırmağa kömək edə bilər. Fərqində olduqca münasibətlərimiz və həyata baxış tərzimiz dəyişir. Özümüzə və başqalarına qarşı sevgimiz, qayğımız, empatiyamız artır.
Bu gün Celal Şengör və İlber Ortaylının ortaq çıxış etdiyi 1 saat yarımlıq videonu sıxılmadan izlədim. Demək olar ki, bu 2 türk ziyalının bütün əsərlərini oxumuş, onlardan çox şeylər öyrənmişəm. Ən bəyəndiyim fikirlərindən biri isə burjuaziyanın cəmiyyətin siyasi, sosial, mədəni həyatında vacib rolu haqdadır. “Maarifçilik hərəkatı” belə tarixən onların layihəsidir. Çünkü burjua ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı ödəmək üçün kasıb insanları təhsilli, maarifçi şəxsiyyətlərə çevirməyə başladı. Sosial mövqeyindən asılı olmayaraq, hərəkatın arxasında duran əsas məqsəd də sırf ağlın bütləşdirilməsi idi. XX əsr Azərbaycanın elit təbəqəsinə- seçilmişlərə baxsaq görərik ki, çoxu cəmiyyətin elmi və mədəni savadlılığını artırmaq qayəsində olublar. (Həsən bəy Zərdabi, Ü.Hacıbəyov, M.Hacınski,N.Yusifbəyli, S.M.Əfəndiyev və s.) Onların fəaliyyətinin əsasında məhz bilik və mədəniyyətin xalqa ötürülməsi, yayılması dayanıb. Buna görə də elit təbəqənin toplumda yeri və rolu çox yüksəkdir. Onlar cəmiyyət daxilində imtiyazlı statusa malik, həlledici nəzarət gücünə sahib, ən yaxşı yerlədə oxuyan, bir çox dil bilən, toplumda sağlam yer tutan, ətrafı geniş, dünyaya çıxışı asan olan insanlardır. İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətlərinin elitanın məqsədlərinin milli məqsədlərə uyğunlaşdırılmasından necə faydalandığını aydın görmək olur. Həmin seçilmişlər xalqı ayaqda saxlayan, inkişafına və irəliləməsinə, dünyaya inteqrasiyasına yol açanlardır. Onların xalqdan uzaq qaçmaması önəmlidir.
Bizə bəxş edilən həyat müvəqqətidir və ölümsüzlük ancaq ilahi reallıqda mövcuddur. Bu səbəbdən maddi həyatın yaratdığı illuziyaya bağlı qalanlar nə qəlbən, nə də zehnən kainatdakı hər şeyin bir-birinə əlaqəli olduğunu dərk edə bilmir. Əsas olan insanın "öz"ünü tapması və insanlara, təbiətə, başqa varlıqlara hörmət və sevgi ilə yanaşmasıdır. Çünkü varlıq yeganə həqiqətdən ibarətdir, və o "həqiqət mənəm". Qısacası, sevginin hər şeydən üstün olduğunu anlamaq, insan mənəviyyatının hər şeydən uca tutulmalı olduğunu dərk etmək və qarşılıqsız sevməyi bacarmaq lazımdır. Mütləq sonu unudaraq yaşayanlar üçün isə maddi dünya sadəcə yaşanılması məcbur əzab, nifrət və mübarizədir.
Philosophy