Yalnızca özü üçün var olan insan isə kimsəsizdir, yalqızdır. Və mən yalqızlardan çox qorxuram.
Elə ki, bir ruh vəhşiləşdi, onu ram etmək lazımdı. Onu təmizləmək lazımdı. Əlbəttə, heç vaxt ram olmayan ruhlar da var. Daniyalın ruhu onlardan biriydi, məsələn. Xoşbəxtlikdən, ya da bəd- bəxtlikdən biz insanlar zəif məxluqlarıq. Çox zəif. Bir qədər təzyiq, vəssalam, işimiz tamamdı. Bəzilərisə hesab edir ki, təzyiq dəqiq, vaxtında və əndazəsində istifadə edilsə, bir nemət, bir möcüzədir.
Reklam
Daniyal♡
Daniyalın evində iynə atmağa yer yoxdu. Çoxlu sayda kitab, jurnal, qəzet yerə səpələnib. Yataq otağındakı birnəfərlik çarpayısı sanki kitab, qəzet və jurnallar tərəfindən mühasirəyə alınıb. Taxta kitab rəfinin içi və üstü, çarpayının, stolun, masanın üstü və altı, evin hər bucağı kitab, kaset, jurnal və qəzetlərlə doludur. Kitabları kətilin üstündən götürüb masanın üzərinə qoyur. - Burda otur. Oturub otağın küncündə tavana kimi qalaqlanmış kitab sütununa baxıram...
Hər bir seçim həyatımızın ağ səhifələrində cızdığımız bir xətt kimidir. Düzgün seçim etməyən insanların həyat dəftəri heç bir məna verməyən əyri - üyrü, ilan - qurbağa xətlərdən, cızma - qaralardan ibarətdir. Ancaq seçimini yaxşılıqdan yana edənlərin əməlləri simmetrik və mənalı xətlər yaradır. Gözəl bir rəsm əsəri kimi...
Aslında dünyanın dönek olduğunun bir delili de insanlarının her haltı -gerçekten sözün gerçek manasıyla stedikleri her haltı-yemiş olmasıdır. Yemedikleri bir halt da varsa bahse girerim onu da acıdıkları, onurları veya buna benzer şeyler için değil; muhtemelen yapamadıkları içindir. Bu öyle bir şey değil ki yeni keşfetmiş olayım.
"...eşq bir vahimədir. Heç kimi sevmədiyin müddətcə rahatsan, amma elə ki, aşiq oldun, həmin dağ gələr sorağına. Buna görə də, mənim nəzərimcə, hər qadın bir dağ boyda qüssə-kədər deməkdir. Mən aşiq olmaqdan vahimələnirəm, vəhşi bir varlıqdan qorxduğum kimi qorxuram."
Sayfa 113 - Parlaq İmzalar NəşriyyatıKitabı okudu
Reklam
158 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.