Biz artıq gənc deyilik. Biz artıq bütün dünyaya hücum etmək istəmirik. Biz fərarilərik. Biz öz-özümüzdən, öz həyatmızdan qaçırıq. Bizim on səkkiz yaşımız vardı, biz dünyanı, həyatı sevməyə başlamışdıq, lakin bizi bütün bunlara atəş açmağa məcbur etdilər. İlk bomba bizim ürəyimizə dəydi. Biz artıq fəaliyyət, təşəbbüs və tərəqqidən ayrılmışıq. Biz artıq bunlara inanmırıq, biz yalnız müharibəyə inanırıq.