Oxu, sevdiciyim
Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə. Nəğməndə oynasın sellərin səsi, Dan yerindən əsən yellərin səsi. Gülləri qoxlayan bir ruzgar kimi, Qumları oxşayan dalğalar kimi Titrəyən, çağlayan nəğmən olaydım, Ürəyindən qopan səs mən olaydım, Oxu! Qüvvət gəlsin şe`rə, sənətə, Könlümün quşunu gətir heyrətə! Nə qədər bənzəyir, vardım fərqinə, Ömrümün ahəngi sənin şərqinə. Ürək kövrəkləşir sən oxuyanda, Sən də dinləsəydin mən oxuyanda! Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə! 🌷
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Derde Deva Randevu 10: Bu Niçe'nin ilk ölümü değil...
💐💐💐 N. ➡️
Friedrich Nietzsche
Friedrich Nietzsche
C. ➡️
Caner the CahilBender ✰
Caner the CahilBender ✰
Deniz ➡️ @DeNietzsche Nietzsche macerası burada biter bana yardımlarıyla emeği geçen başta Deniz olmak üzere tüm 1000k arkadaşlarıma teşekkür ederim. NOT: Metnin altındaki Notu okumadan geçmeyin! N: Hèrr Caner kendimi kötü hissediyorum o zaman da böyle hissetmiştim. Demek ki neymiş, her İnsan kendi
Reklam
Gözümü hüsnündən çəkə bilmirəm De, niyə salmısan məni bu hala?! Sənsiz sevinmirəm, sənsiz gülmürəm Qəlbim elə coşur, desəm nə ola: Dönüb divarında bir daş olaydım. Əbədi səninlə sirdaş olaydım.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı. İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı. Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı. O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı. Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım. Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım. Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı. Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı. Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə. Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə. Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım. Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım. Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim. Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim. Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim. Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq. Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq. Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə. Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də. Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın. Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.
"N'ideydim zülf-i leylâyı n'ideydim çeşm-i şehlâyı N'ideydim başka sevdâyı sana sûzân olaydım yâr."
Ey Güzel
İ)lkti son çeyreğe gelince hep yenilendi Masumiyet güzellikte belirgindi S)enli benli cümleler hiç olmadığı kadar güzeldi L)ak lak düşüncelerden arınmış haldeyim
Reklam
* * * N'ideydim Zülf-ü Leyla'yı N'ideydim çeşm-i şehlayı N'ideydim başka sevdayı Sana Suzan olaydım yar
Osman Hulusi Ateş
Osman Hulusi Ateş
💕 youtube.com/watch?v=mbOFIJZ...💕
Dedim bu dənizdə buz heykəl olum, Cumsun dəstə-dəstə dalğa üstümə. Məndən də pay düşsün buludlara qoy, Sonra narın yağış yağa üstümə. Dedim daş olaydım sal qayalarda, Dünyanı daş kimi duyub qanaydım. Çox zaman çörəyim daşdan çıxıbdır, İndi də ömrümü daşdan yonaydım. Nə olmaq istədim, insan yarandım, Yerdə də, göydə də bitəcəyəm mən. Deyəsən dünyaya ruh kimi gəldim, Elə ruh kimi də gedəcəyəm mən.
"Heydərbabaya salam"- M.Şəhriyar ~...Qarı nənə gecə nağıl deyəndə, Külək qalxıb qapı-bacanı döyəndə, Qurd keçinin Şəngülüsün yeyəndə, Mən qayıdıb bir də uşaq olaydım, Bir gül açıb ondan sonra solaydım... ~...Həci xala çayda paltar yuyardı, Məmmədsadıx damlarını suvardı, Heç bilməzdik dağdır, daşdır, divardır, Hər yan gəldi, şıllaq atıb aşardıq, Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq... ~...Aşıq deyər bir nazlı yar var imiş, Eşqindən odlanıb yanar var imiş, Bir sazlı, sözlü Şəhriyar var imiş, Odlar sönüb, onun odu sönməyib, Fələk çönüb, onun çarxı çönməyib... ~...Heydərbaba alçaqların köşk olsun, Bizdən sonra qalanlara eşq olsun, Keçmişlərin gələnlərə məşq olsun, Övladımız məzhəbini danmasın, Hər içiboş sözlərə aldanmasın!
Baba Vəziroğlu " Dilim quruyaydı "
Qəlbimdən asılan bir daş imiş, daş! Sən “getmə” deyəndə gözlərində yaş, Dinə bilməyəydim, lal olaydım kaş, Dilim quruyaydı “yox” deyəndə mən. Adım yaman oldu, dillərə düşdüm, Dərddən havalandım, çöllərə düşdüm, Bilsən sənsiz necə günlərə düşdüm, Dilim quruyaydı “yox” deyəndə mən. Artıq gecikmişəm, getdi o qatar, Daha “hə” deməyin nə mənası var? Indi gücüm bircə qarğışa çatar, Dilim quruyaydı “yox” deyəndə mən. Mən indi bilirəm neyləməliydim, “Sənsiz nə günüm var?!” söyləməliydim, Ömrümdə bircə yol “hə” deməliydim, Dilim quruyaydı “yox” deyəndə mən.
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.