Ey Güzel
İ)lkti son çeyreğe gelince hep yenilendi Masumiyet güzellikte belirgindi S)enli benli cümleler hiç olmadığı kadar güzeldi L)ak lak düşüncelerden arınmış haldeyim
Kaş ki bir sənətkar dərzi olaydım, Paltarlar tikərdim dizdən aşağı. İşimlə keçmişi yada salaydım, Çılpaq görünməzdi qadın ayağı. Alverçi olaydım, bazara örnək, O vaxt aldatmazdım heç bir insanı. O biri yalançı alverçilərtək, Mən pula satmazdım təmiz vicdanı. Mən cərrah olaydım, önümdə xəstə, Edərdim kasıba xüsusi yardım. Kiçik əməliyyat masası üstə, Çirkli vicdanları kəsib atardım. Mən bənna olaydım, gedib dərinə, Ölənə tökməzdim qəmgin göz yaşı. Ölən insanların qəbirlərinə, Tikməzdim mərmərdən parlaq baş daşı. Müəllim olaydım millət xətrinə, Elmlə savadla düşəydim səsə. Uç qiymət yazmazdım rüşvət xətrinə, Tələbə adını daşıyan kəsə. Mən molla olaydım, qılıb namazı, Səhv etsəm deyərdim yolumu azdım. Çox şey etməsəm də, bilin, ən azı, Quranı pul ilə heç oxumazdım. Mən bağban olaydım, baxdığım bağa, Ətirli, tikansız güllər əkərdim. Mən rəsam olaydım bəyaz varağa, Dünyanı büsbütün rəsmin cekerdim Mən bir süpürgəçi olaydım gərək, Məni cəlb etməzdi təkcə öz dərdim. Başqa dərdliləri başa düşərək, Dərdli ürəklərdən dərd süpürərdim. Mən varlı olaydım, axı bir kərə, Bu pulu saymazdım müqəddəs varlıq. Anasız, atasız, ac yetimlərə, Edərdim daima himayədarlıq. Mən körpə olaydım, ikinci dəfə, Böyüyb yenidən gəzəydim yerdə. Bu yaşa dolaydım, ikinci dəfə, Etdiyim səhvləri etməzdim bir də. Daha bundan belə haqq yolu gedək, Bilinsin yolumuz qoy açıq, aydın. Vaxtında insanla insanlıq edək, Sonra deməyək ki, insan olaydım.
Reklam
Ən çox sevdiklərimdən...
Saçının bir teli olsaydım əgər, dolanardım başına şamu-səhər. Yoxsa indi üzüb hicran dərdi məni, can gəzdirirəm candərdi. Kipriyin olmaq olaydı mümkün, gözünə kölgə salaydım hər gün, Bürünüb inci kimi göz yaşına gecə göz dağı verəydim qaşına. Kaş sizin bağın olaydım alağı, sən səhərlər dolaşaydın o bağı, Mən də gizlincə sənin tək sənəmin hər qədəmbaşı öpəydim qədəmin. Ya dönəydim Bakının yellərinə, toxunaydım ara-bir tellərinə, Ya olaydım evinin bir otağı, bəzəyəydin məni bayramqabağı. İndi çarəm budu göz yaşı töküm, boynumu pəncərən altında büküm, Hönkürüm hər gecə, çıx sən də səsə, canı təslim eləyim birnəfəsə. (Kamal Hüseynzadə)
"Heydərbabaya salam"- M.Şəhriyar ~...Qarı nənə gecə nağıl deyəndə, Külək qalxıb qapı-bacanı döyəndə, Qurd keçinin Şəngülüsün yeyəndə, Mən qayıdıb bir də uşaq olaydım, Bir gül açıb ondan sonra solaydım... ~...Həci xala çayda paltar yuyardı, Məmmədsadıx damlarını suvardı, Heç bilməzdik dağdır, daşdır, divardır, Hər yan gəldi, şıllaq atıb aşardıq, Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq... ~...Aşıq deyər bir nazlı yar var imiş, Eşqindən odlanıb yanar var imiş, Bir sazlı, sözlü Şəhriyar var imiş, Odlar sönüb, onun odu sönməyib, Fələk çönüb, onun çarxı çönməyib... ~...Heydərbaba alçaqların köşk olsun, Bizdən sonra qalanlara eşq olsun, Keçmişlərin gələnlərə məşq olsun, Övladımız məzhəbini danmasın, Hər içiboş sözlərə aldanmasın!
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.