Az sözlə çox şey öyrədən bir kitab..
Yazar o qədər zərif bir üslubdan istifadə edir ki, bir böyüyünüz sizi qarşısına alıb nəsihət edirmiş kimi hiss edirsən. Kitabla bizə nə çatdırmaq istədiyini belə ifadə edir:
"Mən sadəcə sənin keçmiş olduğun yoldan keçmiş, hiss etdiyin boşluğu hiss etmiş və çəkdiyin sıxıntıları çəkmiş bir müəlliməm. Səninlə əl-ələ verib həyata enəcək və insanların arasına girəcəyəm. İnsan işlərini və məsələlərini gözdən keçirib sənə məsələlərimizin cavablarını həqiqətlərin öz dillərindən dinlədəcəyəm"
Ord. Prof. Dr. Ali Fuad Başgil mərhum, qocaman həyatının müvəffəqiyyət təcrübəsini qısa və öz şəkildə bu kitabda ifadə edib.
Kitab ilk olaraq müvəffəq olma yolunda insanın qarşılaşacağı üç ana düşmən olan; "tənbəllik, pis yoldas və pis örnəklərdən" bəhs edir. Ardından müvəffəq olmanın şərtlərindən; "İradə, tərbiyyənin ruh və xarakter üzərindəki təsiri və müvəffəq olmaq üçün məsuldar çalışma" başlıqları altında bir çox məsələyə toxunur. Sonda, müvəffəq olma yolunda qızıl qaydalar deyə biləcəyimiz bir çox nəsihətləri ilə kitabı bitirir. Son bölümü belə div bir kitab qədər faydalıdır.
Kitabdan bir alıntı ilə sözlərimi bitirirəm:
"İnsan zəkası və bilgisi ilə deyil, ancaq iradəsi ilə insandır."