Uzun zamandır xoşbəxt sonluqlu kitab oxumurdum. Mənə çox gözəl gəldi. Məncə klişe sevgi hekayələrinin yerine belə kitablar daha çox yazılmalıdır. Başdan sonra bir macəra idi mənim üçün. Doğrusu bölümlər arası keçişlər biraz başımı qarışdırdı. Bəzən ipin ucunu itirdiyim anlar olurdu. Hissələri birləşdirməkdə çətinlik çəkirdim. Məsələn bəzi obrazların kitabdaki yerini anlaya bilmirdim. Amma sonda çox gözəl bir sonla qarşılaşdım. Və bu kiçik nüanslar gözlərimdə kiçik toz dənəciyi kimi yox oldu. Grayin gerçəkləri oxucu üçün çox heyrətli oldu. Baş obrazların yaşamaq üçün verdikləri mübarizə məni iki əllə kitaba kilidləmişdi. Oxuduğum ən gözəl kitablardan biri oldu.