Uzun müddət öncə münasibətimizin bitdiyi köhnə bir dostum 05.07.2022-ci il tarixdə bu kitabı mənə hədiyyə etmişdi. Kitabda qeyd etdiyi notu sizinlə paylaşmaq istəyirəm:
“Əziz dostum, Dəyanət!
Sənə hədiyyə etdiyim sadəcə bir kitab deyil, hər cümləsini həvəslə oxuyub bitirdiyim, nəticəsində isə dünyamızda hələ də saflığın, paklığın, ülvi hisslərin var olduğuna məndə ümid yaradan romandır. Çox sevdiyim XVIII - XIX əsr İngiltərə ab-havasını bu əsərdə tam-tamına hiss edəcəksən.
Ümid edirəm ki, oxuduqdan sonra səndə xoş təəssürat yaradıb ən sevdiyin romanlar arasına girəcək. Xoş mütaliələr!
Sevgilərlə, *****! :)”