Partizanlar tərəfində vuruşan Azərbaycali qəhrəman Əhmədiyyə Cəbrayılov haqqındadır. Əhmədiyyə Cəbrayılovun elədiyi qəhrəmanlıqlar və yaşadığı hadisələr təsvir olunmuşdur.
Qələminə heyran qaldığım yazardan yeni bir kitab
"Armed Mişel" Elhan Elatlı
Kitabda Azərbaycanlı Əhmədiyyə Cəbrayılovun müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan danışılır.Əhməd partizanlara qoşulur,adı Armedə çəvrilir və faşistlərə qarşı savaşmağa başlayır.Onun üçün fərqi yoxdur istər Azərbaycanda ,istər Fransada ,əsas önəmli olan faşistlərə qarşı qələbə qazanmaqdır.O bu yolda çoxlu dostlar qazanır və həyatın acı həqiqətlərı ilə üzləşir.
Kitab real motivlər əsasında yazılıb.
C.Əhmədin oğlu Mikayıl.C. Birinci Qarabağ müharibəsi şəhididir.
Elxan Elatlının qələmini dəhşət çox sevirəm. Ən sevdiyim yazıçılardan biridir. Bu əsərini də çox sevdim.
Əsərdə Əhmədiyyə adlı bir Azərbaycan gənci var ki, o 2-ci Dünya Müharibəsində Almaniyaya əsir düşür. Faşistlərin əlindən, çəkmədiyi əziyyət qalmır. Dəfələrlə ölümdən dönür. Amma, o öz cəsarətini qoruyub, saxlayır. Faşistlərdən xilas olub, Fransa tərəfindən Almaniyaya qarşı döyüşməyə başlayır. Ona , Fransanın fəxri qəhramanı adı verilir. Azərbaycana qayıdıb, bütün mübarizə boyu unutmadığı sevimli Sürəyyası ilə evlənir. Sonda, onun bu qədər hadisələri dəf etdikdən sonra necə öldüyünü oxuyanda ,şok olacaqsınız.
10/10
Elhan ElatlıArmed Mişel
İlk səhifədən sona kimi çox əla çəkilmiş sənədli film kimi oxumadım izlədim deyərdim. Əsərin eləcə də tariximizin qəhrəmanı Əhmədiyyə Cəbrayılovu (" Xarqo" Armed Michael) bir romanda çox gözəl izzah edilib. Xüsusilə də reallıqda belə qəhrəmanımızın olması yaşadıqları deməzdim sadəcə başına gələn hadisələrdən necə qəhrəmanlıqla çıxdığını və əzmini oxumaq, tanımaq əladır. Qalanı oxuyun hiss edin.....
Özünə gəlib gözünü açanda artıq almanların əlində əsir idi. Həm də ağır yaralanmışdı. Bir anlıq düşündü ki, ömrünün son saatlarını, bəlkə də son dəqiqələrini yaşayır, Azərbaycanı, anasını bir daha görmədən ya aldığı yaradan öləcək, ya da faşistlər başına bir güllə çaxıb hansısa dərəyə atacaqlar. Onda cəmi 22 yaşı vardı. Ağlına da gəlməzdi ki, qarşıda onu hələ uzun, əzablı, lakin həm də inanılmaz şanslarla dolu bir həyat gözləyir. Bəxti ikinci dəfə də onda gətirdi ki, Almaniyada qaz kamerasından sağ çıxdı. Tale üçüncü dəfə onda üzünə güldü ki, qoca kəndli onu meyitlərin arasından təsadüfən tapıb xilas etdi. Bəxti ona dördüncü dəfə onda yar oldu ki, Fransada faşistlərin əsirləri sadəcə zövq üçün öldürdüyü əsir düşərgəsindən çıxarılıb güllələnməyə aparılanda "bu gün şad günümdür, səni bağışlayıram" deyən bir alman generalı tərəfindən "əfv olundu". Sonra tale onun başını yenə "sığalladı", partizanlara rəğbət bəsləyən fransız qadınla görüşdürdü, bu qadının köməyi ilə əsirlikdən qaçıb partizanlara qoşuldu. Daha sonra bir-birinin ardınca qəhrəmanlıqlar göstərdi, yüzlərlə düşmən öldürdü, özü dəfələrlə ölümdən döndü. Bir də vaxtilə onu bağışlamış alman generalını əsir aldı, onun son arzusunu yerinə yetirdi...
Merhaba 1K okurları!
Hər millət qəhrəmanları ilə qürur duyar. Neçə oğullar qurban vermiş Vətənim azadlıq uğrunda. Şəhid qanıyla suvarılmış torpağımın hər qarışında bir igidin salnaməsi yazılıdır. Suyundan içən, havasından udan Vətən övladlarının yalnız Azərbaycan uğrunda deyil, eləcə də ona ehtiyac olunan uzaq ölkələrdə də düşmənlə mübarizə aparmağa gücü yetəri qədər var. Bu güc, yalnız qol gücü, bilək gücü deyil! Həmçinin, ürək gücü, ağıl gücüdür. Bəli, Əhmədiyyə Cəbrayılov, Fransız xalqının qəhrəmanlıq ordeni ilə təltif olunmuş Armed Mişel, Vətənimin igid oğullarından yalnız biridir.
Kimdir Əhmədiyyə, ya da Fransızların ona səsləndiyi Armed?
İkinci Dünya Müharibəsində bütün xalqların Alman nasizminə, faşist caniliyinə qarşı mübarizə apardığı bir dövürdə Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizə aparan partizanlar arasında nə işi vardı? Təsadüf idimi? Talehin oyunu idimi? Azərbaycan torpağında, ana yurdunda ürəyini "əmanət" qoyub, mübarizələrə qoşulduğu Fransaya talehi onu hansı yollarla gətirib çıxardığını oxumanızı tövsiyə edirəm. Ələxsus da belə bir qəhrəmanı bütün dünya tanımalıdır.
Fransa hökümətinin o dövürdəki prezidenti Şarl de Qolun belə bütün səmimiyətiylə dərin hörmət bəslədiyi Əhmədiyyə Cəbrayılovun tarixdə buraxdığı izlərdən xəbərdar olmaq məncə vacibdir.
Çox var yazmaq istədiklərim. Ancaq bəzi sərhədlərim var özüm üçün təyin etdiyim. Fransa hökümətinin azadlığı uğrunda canını ölümə ərmağan edən Əhmədiyyə, kaş bu gün sağ olaydın..Bunu nə üçün ifadə etdim? Həmvətənlərim məni çox yaxşı anlayar.
Yaxşı ki, oxudum. Mütləq oxunmalı olanlar silsiləsindən...
Keyiflə oxuyun:)