Arreniuss

Arreniuss
@arreniuss
Puan vermedi·120 syf.··
2024 1. kitabı
·
5 günde okudu
·
Okunma: 21 Ocak 2024 10:03
İndiyə qədər motivasiya mövzulu kitab oxuduğum yadıma düşmür. Bu ilk kitabdır deyə bilərəm. İlk və son. Əvvəla bu cür yazıçıdan bu cür kitab oxumaq başqa bir hissdir deyə düşünürəm. Çünki müəyyən qədər hər birimizdə kompleks etdiyimiz qüsurlar olub, olur. Və bu yazıçımız da albinosdur. Vaxtı ilə onun da özü ilə bağlı kompleksi olub. Əslində albinos insanlar mənim üçün qüsurlu şəxslər sayılmırlar. Yəni mən onları xüsusi bir insan kimi görürəm. Hər nəysə. Mən də ona görə dedim ki, sırf belə birinin qələmindən niyə də oxumayım. Yazıçı kitabda öz həyatına çox da toxunmayıb. Əsasən psixoloji testlər, aldığı müsahibələr, maraqlı faktlar və bəzi şəxslər haqqında məlumatlar yerləşdirib. Ama bilmirəm niyəsə oxuyarkən onun daha çox çətinliklərdən keçdiyini hiss etdim və özümə daha yaxın hiss etdim. Bu arada dediyi məsləhətləri də çox sevdim. Bir çox video da qarşılaşdığım şeyləri təkrar² yazmamışdı. Hə indi niyə sondur dedim, onu deyim. Önyargılı davranmaq istəmirəm, ama mənim üçün motivasiya kitabları bir birinin eynisidir kimi gəlir (sadecə belə düşünürəm, dəqiq demirəm yəni). Necə ki, sosial şəbəkələrdə qarşılaşdığımız bu cür mövzulu videolar olur ya, onlar kimi. Mən özüm 10-cu sinif də aşırı motivasiya videolarına baxırdım. Çünki elə düşünürdüm ki, o videolar sayəsində nələrsə əldə edəcəm və yaxud özümü yaxşı hiss edəcəm. Ama təbii ki, 10dəq'lik təsiri olurdu (hətta daha az) və budur yenə əvvəlki mən olurdum. Daha sonra izləmədim. Çünki artıq fərqinə vardım ki, hamısı bir-birinin eynisidi. Mən isə daha fərqli bi şey axtarırdım. Daha sonra Barış Özcanın motivasiya mövzulu videosunu izlədim və aşırı mənə yaxşı təsir etdi. O videoya baxarkən "aha sonunda o fərqliliyi tapdım" dedim. Hətta playstimdə səsli versiyada da var. Təbii ki, o video sayəsində özümü yaxşı hiss etdim, ama
Özünə Yaxşı BaxOvadya · Üçbucaq Nəşriyyat · 202241 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·587 syf.··
2023 25. kitabı
·
42 günde okudu
·
Okunma: 21 Ekim 2023 20:17
Kitabı biraz oxuduqdan sonra ağlıma bu sual gəlmişdi. Charlotte'nin yerində olsam nə edərdim? Məncə bu kitabı oxuyacaq hər kəs bir anlıq özünə bu sualı verəcək. Yada kim bilər bəlkə fərqli suallar olacaq. Biraz kitabın mövzusu haqqında yazmaq istəyirəm. "Cam çocuk" deyəndə ağlınıza ilk nə gəlir? Mən kitabın adını eşidəndə başqa şeylər düşünmüşdüm. Tərk edilmiş uşaq, hissləri incinmiş, qəlbi qırılmış və s. Ama bu dəfə qırılan qəlb deyil, sümüklərdi. Bəli baş qəhrəmanımız Willow nadirən rast gəlinən OI (Osteogenesis Imperfecta) xəstəsidir. Ailəsi doğuşdan bir neçə ay əvvəl bundan xəbər tuturlar. Dünyaya gəldikdə yaşayıb, yaşamaması sual altında olan Willow doğularkən 4 sümüyü qırılır (ana bətnində artıq 7 sümüyü qırılmışdı). Bütün bunlara rəğmən Willow sağ qalır. Ama yaşadığı müddətcə qırılmış sümükləri ilə mübarizə aparmalıdır... Mövzusunu çox uzatmaq istəmirəm, qısacası oxumağınızı tövsiyə edirəm. Son olaraq da bir alıntı paylaşmaq istəyirəm: "Sürekli bir şeyler kırılır. Bardaklar, tabaklar, tırnaklar... Yaşamdaki işlevlerini artık yerine getiremez hale gelirler. Arabalar, verilen sözler, patates cipsleri. Hepsi un ufak olur. Buzu kırabilirsiniz; dalgaları da öyle; ses çatlar, sessizlik bir anda paramparça olup dağılır. Yürekler kırılır; umutlar da öyle. Zaman ortadan yanlıverir; insanlar molalar alırlar, hapse girip yaşamdan bir süreliğine koparlar; günler yarılır, tekdüzeliğinden sıyrılır ya da tam tersi aydınlık gidiş birden tersine döner. Zincirler kırılır, sessizlik kırılır, bağlılıklar, sadakatler kırılır. Yaşamdaki birçok şey kırılgandır. En çok da yaşamın kendisine yönelik akit kırılgandır." Xoş oxumalar
Cam ÇocukJodi Picoult · April Yayıncılık · 20201,124 okunma
Puan vermedi·120 syf.··
2023 18. kitabı
Qorxu... Sevgi... Fədakarlıq... Kitabda əkiz qardaşların müharibə ucbatından yaşadığı çətinliklərdən bəhs olunur. Həmçinin ağrılardan... Həm fiziki, həm də mənəvi ağrılardan. İki övladı arasında seçim etməli olan ananın iztirabı, məsələn... Kitabda ən çox sevdiyim alıntı: "...Hər şeyi izah etmək olmur. Heç müharibəni də, üstəlik əgər uşaqları öldürürsə." Uşaqların dini, irqi, xalqı olmur. Uşaq sadəcə uşaqdır və heç bir uşaq müharibənin dəhşətli, vəhşi, amansız üzünü görməyə layiq deyildir. Bir gün bütün uşaqların güləcəyi, əylənəcəyi bir dünyanın olması diləyilə, Sağ olun, kitabla qalın.
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
Puan vermedi·288 syf.··
2023 14. kitabı
·
11 günde okudu
·
Okunma: 11 Nisan 2023 00:00
Sizden küçük bir kız kardeşiniz var mı? Ona hiç masal anlatdınız mı? Anlatsanız bile, bildiğiniz masalı anlatın. Tamam² çok abartmış gibi oldum. Bu kitapda da malesef ki, benim korktuğum bir türden olan oyuncak bebekler vardı. LANET OLSUN! Ama konu tam olarak oyuncak bebeklerle ilgili değildi. Çok spoi vermek istemiyorum. Bence bu kitapı okumalısınız diye düşünüyorum. Tabii ki, korku türlerini seviyorsanız bu kitapa bi şans vere bilirsiniz. Tabii çok da korkunç değildi. Mesala beni çok da korkutmadı, belki de bir film gibi olsaydı korkma olasılığım yüksek ola bilirdi. Daha artık lafı uzatmak istemiyorum. Okumak isteyenlere şimdiden iyi okumalar diliyorum.
Kötü Kızlar ÖlmezKatie Alender · Yabancı Yayınevi · 2015953 okunma
Puan vermedi·368 syf.··
2022 18. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Aralık 2022 00:00
"Arkadaş" - ne kadar anlamlı kelime, değil mi? Peki insanlar bu kelimeni yeterince anlamlı yapabiliyorlar mı? Peki yakın bildiklerimiz, onlar da yakın olduklarını yeterince anlatabiliyorlar mı? Hayat bu kadar mı karışık? Herkes herkese bu kadar mı düşman? Peki neden düşman? Neden kendilerini yakınımız kimi gösterip de, aslında uzak oluyorlar? Peki arkadaşlar - onlar neden böyle yapıyor? Birinin sizden çok daha becerikli olması, kendi ayaklarının üzerinde durması neden sizi rahatsız ediyor? Hani yakındınız, hani arkadaşdınız, hani kardeşdiniz, peki noldu? Demek ki, yanılmışız, demek ki bazen güvendiklerimiz, en yakın bildiklerimiz de bize ihanet eder... Herkes hata yapabilir, amma yaptığı hatayı herkes anlamaz. Herkes dürüst olmaya çalışır, amma herkes dürüst olamaz. Kitabı sevdim, bence, okumaya değer. Hoş okumalar.
Ölüler KonuşamazDilara Keskin · Ephesus Yayınları · 20228bin okunma