Bəlkə yaşamaq deyil
dünyaya gəlməyimiz.
Bəlkə doğulan kimi
başlayır ölməyimiz.
Ayağımız yer tutandan eləcə
Addadıqca ildən-ilə, ölürük.
Bu dünyada birdəfəlik ölüncə,
Allah bilir, neçə kərə ölürük.
Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub ürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün insanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Kim insanların beyninə bu zəhəri yeritmişdir? "
-İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir.
-Eh, əmi elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
-Bunlar hamısı Allahın işidir, a bala.
-Allahın yox bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
Hər dərdin bir çarəsi var.
- Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!