aurora

aurora
@aurora111
Edebiyat yapmanın hiç sırası değil.
Azərbaycan Dillər Universiteti
Baku
Bakı
28 okur puanı
Mart 2022 tarihinde katıldı
Ən çox sevdiyim kitablardan
Puan vermedi·128 syf.··
2022 5. kitabı
İlk öncə onu deyim ki kitabın dili çox sadə və axıcıdır. Kitaba şöhrət gətirən onun böyüklər və kiçiklər tərəfindən də oxunub anlaşıla bilməsidir. Məncə kitab yalnız uşaq kitabları kateqoriyasına salınmamalı bir kitabdır. Çünki kitabımız biz böyüklərin səhvlərini tənqid edir, balaca uşağın ağzı ilə bizlərə dərs verir. Böyüklər zamanla öz uşaqlığını unudurlar. Və bu həyata sıxıcı bir gözlə baxmağa başlıyırlar sonunda onlar öz kiçik dünyaları olan uşağlarıda anlamağ istəmirlər .Uşağı anlamaq onun dünyasına enib keyfiyyətli vaxt keçirməklə mümkündür. Gələk kitabımız haqqında danışmağa Kitabın müəllifi fransız qırıcı pilotudur və İkinci Dünya Müharibəsində xidmət edərkən təyyarəsi vurularaq həlak olmuşdur. Müəllif kitabını Nyu-Yorkda bir otel otağında yazıb. Kitab təyyarəsi Sahara səhrasına düşən pilotun ağzından danışılır Səhrada pilotumuz Balaca Şahzadə ilə tanış olur. Balaca şahzadə keçmişində qızılgül yetişdirir və ona aşiq olur. Amma gül ona yalan danışır. Bunun üzərinə kiçik oğlan öz planetini tərk edir və planetləri gəzir. Balaca şahzadə Sahara səhrasında pilotumuzla tanış olur və sonra süjet xətti çox maraqlı və axıcı şəkildə irəliləyir. Antoine de Saint-Exupéry Balaca Şahzadə
Edebiyat-Düşünce
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016279,7bin okunma