aurora

aurora
@aurora111
Edebiyat yapmanın hiç sırası değil.
Azərbaycan Dillər Universiteti
Baku
Bakı
28 okur puanı
Mart 2022 tarihinde katıldı
bəzən bütün adamlar xoşuma gəlir, boyunlarına atılmaq, onları qucaqlayıb öpmək istəyirəm. Bəzən də hətta bir adamın sifətini də görməkdən çəkinirəm. Bu, nifrət-filan deyil... İnsanlara nifrət etməyi heç ağlıma da gətirməmişəm... Sadəcə, bu, tənhalığa ehtiyacdan doğur. Elə günlərim olur ki, ətrafdakı cüzi bir hərəkətin də olmasını, çox alçaqdan eşidilən bir səsin də olmasını istəmirəm. Bu vaxtlar hiss edirəm ki, qəlbim dopdoludur və indicə aşıb-daşacaqdır. Beynimdə heç bir vasitə ilə dəyişilməyəcək və həyata keçməyəcək xəyallar, mənə hər şeydən daha qüvvətli görünən fikirlər bir-birini əvəz edir... Fəqət sonra birdən-birə ətrafımda mənə yaxın olan bir adam axtarıram. Beynimdən keçənləri başa düşəcək bir adam...
Etimoloji Defteri
Mücellit Nedir ?
Çox qəribədir, insan psixiatrik xəstəxananın qəribə dünyasına necədə tez uyğunlaşır. Dəlilərlə özünü çox rahat hiss edirsən. Nəinki başqalarının dəliliyi, hətta öz dəliliyinlə. Mən inanıram ki, hər birimiz dəliyik. Hərəmiz bir cür.
Bu cehenneme şeytan bile daha fazla dayanamaz. Stefan Zweig
Zəlimxan Yaqub səni sevmək üçün gəldim dünyaya
Çöldə çiçək oldum, çəməndə naxış, Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış, Çevrildim çeşməyə, qarışdım çaya, Səni sevmək üçün gəldim dünyaya. Mən min il əvvəldə gələ bilərdim, Min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım, Şaqraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım, Muştuluq verdilər Günəşə, Aya, Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə gətirdim, Qurudum, sünbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim, Mənim yollarımı kəsə bilmədi Nə sərhəd, nə dəmir, nə daş, nə qaya, Səni sevmək üçün gəldim dünyaya. Məcnun da, Kərəm də, Fərhad da mənəm, Məcnuna, Fərhada qanad da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm, Şükür Yaradanın verdiyi paya, Səni sevmək üçün gəldim dünyaya.
Hüseyn Cavid- Qadın
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır, Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. O bir mələk… onu təqdis edər böyük Yaradan. O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət: Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək.