aurora

aurora
@aurora111
Edebiyat yapmanın hiç sırası değil.
Azərbaycan Dillər Universiteti
Baku
Bakı
28 okur puanı
Mart 2022 tarihinde katıldı
Yənə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, Xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, səni bağışla Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla.! "Ölmədim” deyirəm, Nə bilim axı, Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, Ayrıldıq, şeytanı güldürdük onda, Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki Məni də, səni də öldürdük onda. Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı?
Etimoloji Defteri
Mücellit Nedir ?
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim, bu, yadındadır, Gedərdik ,yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, Toxunsa, biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni?
Nə çoxmuş dünyanın yükü; sevgisi yük, nifrəti yük. Görüşəndə- söhbəti yük, Ayrılanda- həsrəti yük. Bu dünya bir yük ağacı, hər yükün kökü insanmış. İnsanın yükü dünyaymış, dünyanın yükü insanmış.
ən sevdiklərimdən)
Elə gülümsədin ki, bütün bu ağlamaqlar dodaqlarında itdi Hə, balaca xanımım, Sənlə müqayisədə xoşbəxtlik çox bəsitdi
Halal yolumuz dəyişib,nəsə Çaşmışıq,bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik.