Biriləri gələr, biriləri gedər. Bəzən bizim istəyimizlə, bəzənsə öz özlüyündən. Hətta biz gedərik birilərindən. Səbəbsizcə, içimizdən bir səs get deyər və o səsi dinləyərik. Sonra zaman keçər. Gedərkən geridə buraxdığların düşər yadına. Daha doğrusu heç yadından çıxmışdımı onlar ? Gecən gündüzə qarışar, ay günəşə, sən ən çox onun qoxusuna qarışıb yox olmaq istərsən, heç içinə çəkmədiyin, necə olduğunu bilmədiyin qoxusuna.. Amma gedən sənsən və bunun dönüşü olmadığını bilirdin.Tam hər kəsdən, hər şeydən ümidi kəsdiyin boş yaşama davam etdiyin anda biri sənə xatırladar: “Sən geri dönə bilməsəndə , mən yenidən sənə gələrəm” deyər.
Boşluğa düşərsən; nə edəcəyini, yenidən necə başlayacağını bilmərsən. Ya yenə getsən? Ya onu yenə üzsən ? Ya bu dəfə o getsə ? Bir dünya sual var ağlında, tək cavab: “O”
Bir zamanlar sən yolunu itirmişdin, iç səsin səni yanıltdı. Getmək yerinə durub düşünməli idin. Gec də olsa anladın: ”Sənin yolun odu.Sən hansı yönə gedirsən get, bütün yollar “o”na çıxacaq :)”