Aydan Aydınqızı

Aydan Aydınqızı
@aydanaydin
Khazar University
2000
27 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·56 syf.··
Beğendi
·
2021 3. kitabı
·
1 saatte okudu
·
Okunma: 03 Ocak 2021 21:52
Ah Oskar ah, sadəcə "Mutlu Prens" i oxudum, amma kövrəltdin məni 10 səhifəlik qısa hekayədə necə də gözəl təsvir etmisən həyatı... Yazmağa, deməyə söz qalmadı, sadəcə oxunmalıdır, müəllifin incə ruhu duyulmalıdır başqa da heç nə
Bütün Masallar, Bütün ÖykülerOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 20194,360 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·126 syf.··
Beğendi
·
2021 2. kitabı
Qorki ilə ilk tanışlığım bu dram əsəri ilə oldu. Həqiqətən, 19-cü əsr Rusiyası elə təsvir edilmişdi ki, ürəyim ağrıdı. Səfalət, yoxsulluq bir yandan, insanların qarşısındakılara davranışları bir yandan məyus etdi. Əsərdə obraz çox idi, lakin hərəsinin özünə məxsus xüsusiyyətləri var idi. Bu məqamda Anna Kareninadan bir cümlə yadıma düşdü. "Xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cürə bədbəxtdir. " Sözün əsl mənasında bu pyesdəki obrazlar hərəsi bir cür bədbəxt idi. Birinin pulu var idi, şəxsiyyətsiz idi, birinin də pulu yox, amma nə olur olsun insanlara yaxşılıq eləmək istəyirdi. Oxumağa ilk başlayanda bəyənmədiyim," əh bunun burda nə yeri var" dediyim obrazlar sonunda böyük dərs verdi mənə. Altından xətt çəkdiyim o qədər cümlələr var ki, indiki dövrlə səsləşir. Və müəllif 19-cu əsr Rusiyası haqqında təəssürat yaratmağı bacardı.
Ayaktakımı ArasındaMaksim Gorki · Türkiye İş Bankası Kültür Yayınları · 20222,532 okunma
10/10
·83 syf.··
Beğendi
·
2021 1. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Ocak 2021 20:53
Svayqın qələmi elədir ki, ilk 10-20 səhifə qarışıq gəlir, anlamağa çalışırsan. Ortalarında məsələni anlayırsan, axırına 10-20 səhifə qalmış elə bir nəfəsə oxuyursan ki, bir də gördün bitdi və sən boşluğa düşdün. Bu 93 səhifəlik kitaba 27 dekabr başlamışdım, əvvəli o qədər maraqlı deyildi, o ki, Dr. B mövzuya daxil oldu bir də gördüm ki, kitab bitdi... Müəllif Gestaponu elə təsvir edir ki, bir anlıq insanların fiziki və mənəvi ağrılarını hiss edirsən, sanki özün yaşayırsan. Sona yaxın "Remember!" deyilən epizodda çox ürpərdim, oxuduqca elə bil Dr. B ilə mən də həmin isterikanı, həyəcanı, paranoyanı yaşayırdım. Qısa olsa da, elə dərin cümlələr, elə təsvirlər var idi ki, yaxşı tərcümə edilməməsinə, redaktədə qüsurlar olmasına baxmayaraq bir nəfəsə oxunub sonrasında uzun müddət düşündürəcək əsərdir.
Psikoloji
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,1bin okunma