…qarşılıqsız sevginin də özünəməxsus üstünlükləri var, - Breydi zarafata salmaq istədi, - aldanmırsan, sevgisindən, sənə qarşı hislərinin azalıb-azalmamasından şəkkə düşmürsən. Çünki artiq əminsən, əminsən ki, sevilmirsən. Bəlkə, elə ən rahatı da budur, Erin. Onun bir gün səni tərk edəcəyindən, bəlkə, başqa birini sevəcəyindən qorxub yersiz panikaya düşmürsən.
-Biri sənin qəlbində, sən isə sadəcə onun tanışları arasında yer alanda, əlbəttə, çox çətindir.
-Anlamadım.
Breydi təbəssümlə:
-Qarşılıqsız sevmək çətindir, - dedi.
Erin ondan daha çox diqqət umur, bütün günü yanında olmaq istəyirdi. Son zamanlar fikrini işə yönəltməkdə belə çətinlik çəkirdi. Hara baxsa, Şon Onili görür, hər yerdən onun səsini eşidir, ürəyində
dayanmadan onunla söhbət edirdi. Axşamlar evə gəlib yalniz qaldıqda özünü bu cür davrandığına görə yuyub-sərirdi. Bu amansız tənqiddən sonra özünə söz verirdi ki, sabahdan Şona qarşı daha biganə və soyuq olacaq. Özünü onun yanında daha ciddi aparacaq. Ertəsi gün isə Şonun sadəcə səsini eşitmək bütün fikirlərini yenidən alt-üst edirdi. Beləcə, hər şey yenidən təkrarlanırdı. Şon isə qızın daxilində baş verən bütün bu firtınalardan xəbərsiz öz işində-gücündə idi.