Bilirəm gələn deyilsən,
Gözləyirəm yenə səni.
Özgənin olsan da, Tanrı
Çox görməsin mənə səni.
Küsmərəm, gəldin-gəlmədin,
Sən getdin, mən ki ölmədim,
Heyif gətirə bilmədim
“Sevgi” adlı dinə səni.
Yollarına sərilim kaş,
Divarına hörülüm kaş,
Yüz yol ölüm-dirilim kaş,
Sevim dönə-dönə səni…