“Qızıl hər il sürtünmədən öz çəkisinin min dörd yüzdə bir hissəsini itirir; bu sikkənin çəki itkisi adlanır; yəni, hər il yer kürəsində dövrədə olan
bir milyard dörd yüz milyon qızıldan bir milyon qızıl itir. Bu bir milyon qızıl ovulur, havaya uçur, kül kimi havada gəzərək insanların ağ ciyərinə
düşür, bizim vicdanımıza hopur, onu susdurur, asılı edir, ağırlaşdırır, varlıların ruhu ilə birləşərək onları daha lovğa, daha təkəbbərlü, kasıbların ruhu ilə birləşərək onları daha amansız edir.”
İpə-sapa yatmıyan varlığın ram edilməsi adama çox xoş gəlir, bəlkə də heyvanların təlimlə necə ram edilməsini müşahidə etməkdən gözəl heç nə ola bilməz. Kralların təntənəli nümayişlərini izləmək üçün belə çox adamın yığışması da bununla bağlıdır.