Bilməm, nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam, gülüm,
Qəlbimə min gözəl adın içində.
Eşqinlə inləyən bir bülbül oldum,
Sənə nəğmə oldum, qızıl gül oldum.
Sən məni yandırdın, dönüb kül oldum,
Mən səni qoymazdım odun içində.
Mən səni qəlbimdən çıxartdım o gün,
Köhnə yara kimi görünür yerin…
Bu dünya başıma uçdu büsbütün,
Qaldım uçqununda xatirələrin.
Mən yanımda elə bir insanın olmasını istərdim ki, onu görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit olum, çünki sabah onu itirmək qorxusu yoxdur.