“Bu sevgi mənim əzablarıma dəyməz. Biz ona görə əzab çəkirik ki, (fikrimizcə) aldığımızdan daha çox verdiyimizi düşünürük. Ona görə əzab çəkirik ki, sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.”
İkisi də bir-birini dəli kimi sevirdi,
İkisi də bir-birindən gizlədirdi bu sirri.
Ağızucu salam verib keçirdilər görəndə,
Elə bil ki, zəhlələri gedirdi bir-birindən.
Və beləcə, qənim oldu onlara öz vüqarı.
Və beləcə ayrıldılar, uzaq düşdü yolları,
İkisi də ürəyində apardı öz sirrini.
O dünyada Tanrı yenə görüşdürdü onları,
İkisi də tanımadı, heyif ki, bir-birini