Başlayarkən heç bir gözləntim olmamasına rəğmən o qədər bəyəndim ki, bu incələmə üçün sözlərimin kifayət etməyəcəyini düşünürəm.
Hər nə qədər uzun müddət təsirindən çıxmaqda çətinlik çəksəm də bu tip mövzuya sahib olan kitabları çox sevirəm.
Almanlar, yəhudilər, tarix, yarım qalan həyatlar...
Bir nəslin hekayəsi olan bu kitabda hər şey Rose'un Hope'a 7 addan ibarət bir siyahı verməsi ilə başlayır. Alzheimerdan əziyyət çəkən Rose çox nadir günlərdə bir şeylər xatırlayır və 29 sentyabr da bu günlərdən biridir. Bir siyahı hazırlayıb sadəcə oradakı 7 adla birlikdə nəvəsinin Fransaya getməsini istəyir. Həyatı onsuz da çətin olan Hope bir az tərəddüd etsə də gerçəklərin izinə düşməyə qərar verir.
Hope.. kifayət qədər çətinliklər görmüş, həyatın yorduğu insanlardan biridir. Bu yorğunluq ona xəyalları üçün vuruşmasında , özü üçün, xoşbəxtliyi üçün savaşmasında əngəl olsa da kənar dəstəklər vasitəsilə axır ki hərəkətə keçməyi bacarır. 36 yaşı olmasına baxmayaraq hələ də həyatı, özünü, sevgini sorğulayan Hope ilə bərabər onun iç dünyasına etdiyi səyahəti oxumaq çox maraqlı idi.
"Ve kendim için ağlıyordum çünkü yolu bilmiyordum. Cevapları nasıl bulacağımı bilmiyordum." shf 475
Hope'un özü ilə verdiyi mübarizədə ən sonunda bir şəkildə də olsa öz "yolunu" tapmasına çox sevindim. Hope ilə əlaqədar əlavə etmək istədiyim bir şey daha var. Bəzi məqamlarda hədsiz qərarsız qalırdı, hansı ki cavab gözünün önündədir, bu mənə çoxca özümü xatırlatsa da ona əsəbləşmədən keçə bilmirdim. Burda əsəbim daha çox özümə idi, çünki bəzən cavab tam da gözümün önündə olsa da görə bilmirəm. (görməmək işimə gəlirsjsj)
Annie haqqında uzunca danışmaq istəmirəm, kitabdakı bir çox insandan, hətta Hope'dan belə daha məntiqli düşünən, ümidini bir saniyə belə itirməyən, çox əzmli, inadkar bir xarakterə sahib