İrfan Değirmencinin Anne Bir Sabah İyiler Kazanacak kitabını çox qısa müddətdə oxuyub bitirdim. Əsərin dili o qədər axıcıdır ki, oxuduqca insan cəmiyyətdə qəbul edilməyənlərin yaşadıqları duyğuları, onların iç dünyasındakı hissləri birbaşa hiss edir.
Bəzi bölümlərdə müəllifin səsi zaman-zaman aqressivləşir. Bu aqressiya səbəbsiz deyil – çünki İrfan Değirmenci özünü və onun kimilərini qatil və cinayətkarlarla bir sırada ananların haqsızlığına qarşı çıxa bilmir. O, özünü gizlətməyə məcbur edənlərə, kimliyi ilə barışmayanlara, varlığı qəbul edilməyənlərə dəstək olur, onların yanında dayandığını göstərir.
Onun sətirlərində bəzən sadəcə bir cümlə ucalır: “Mən buyam.” Bu qətiyyətli ifadənin arxasında həm bir üsyan, həm də dərin bir ağrı var. Çünki bu gün də LGBT üzvlərinin qəbul edilməməsi, onların görməzlikdən gəlinməsi ürək sızladıcı bir həqiqətdir. Təəssüf ki, biz həm fərd olaraq, həm də toplum olaraq onlara çox vaxt önyarğı ilə yanaşmışıq. Halbuki onları sadəcə bir insan kimi görə bilərdik; kim olduqları, hansı yolu seçdikləri bizi maraqlandırmamalıdır. Bizim üçün əsas olan onların bizə nə qazandırdıqları, həyatımıza necə toxunduqları və bizə necə davrandıqlarıdır. Təəssüf ki, çox vaxt insanı “insan” kimi görmək əvəzinə, onu mühakimə etmək üçün bəhanə axtarmağı seçirik.
Məni ən çox təsirləndirən hissə isə atasına yazdığı məktub oldu. Müəllif burada özünü elə səmimi və dərin ifadə edir ki, oxucu bu sözlərin yükünü ürəyində duyur. Onun bu halı nə atasının, nə də ailəsinin bir əskikliyi deyildi – sadəcə özü idi. O, yalnız bu halı ilə qəbul olunmaq istəyirdi. Həmin məktubda sanki bütün varlığı ilə fəryad edir: “Mən bu yolu seçmədim, bu mənim seçimim deyil, bu mənim ta özüm.”