Açığı bunun irqçiliklə bağlı kitab olduğunu düşünmürəm çünki yaşanılan irqçiliklər, buradaki kiçik hissədən çox daha ağır və dərin olub. Bu kitaba bacı və qardaşın uşaqlıq səyahəti kimi baxıram. Kitab ümumi olaraq sakit tonda idi. Sonlarını daha çox bəyəndim. Adı da kitaba uyurdu. Mən bülbülü məsum insan olaraq gördüm. Məsum insan qaradərili obraz Tom Robinson idi. Və onun hekayəsi öldürülməsi ilə nəticələnirdi. Digər bülbül isə Boo Radley idi. Bu hekayənin nəticəsində incitilməyən,rahat bıraxılan bülbül o idi. Yenə də heyvanlara qarşı qəddar baxış buxağında olan hekayələr; quduz itin taleyi, əzilmək üzrə olan böcək, digər quşların öldürülməyə layiq olub da sadəcə bülbül öldürülərsə, günah olacaq quş olduğunu iddia edən bir tərəfi var idi.