Aytac Mirzayeva

Aytac Mirzayeva
@aytacmirza
No beauty without intelligence.
university of languages
Baku
75 okur puanı
Mayıs 2022 tarihinde katıldı
5/10
·48 syf.··
2023 3. kitabı
·
5 günde okudu
·
Okunma: 01 Nisan 2023 16:47
Yenə insanların hisslərinin və daxili dünyalarının ustalıqla təsvir edildiyi bir Stefan Zweig əsəri. Amma açıqcası, yazıçının digər əsərlərinə nisbətən zəif qaldığını düşünürəm. Sadəcə Madame de Prie’nin keçirdiyi sarsıntı və yalnızlıq çox gözəl təsvir edilmişti. Ümumilikdə isə süjet xətti mənasız gəldi. Çıxarılan nəticə isə insanın yalnız özü üçün yaşamasının vacib olmasıdır. Digər insanlar üçün edilən hər bir şey, şöhrət istəyi, insanları həyəcanlandırmaq üçün atılan hər bir addım unudulacaq, geriyə qalan insanın özü üçün etdiyi addımların nəticəsi olacaq.
Bir Çöküşün ÖyküsüStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202591,9bin okunma
Reklam
10/10
·160 syf.··
Beğendi
·
2023 2. kitabı
Bir kitabın necə hər səhifəsi, hər cümləsi insanı uzun-uzun düşünməyə vadar edə bilər? Əsər novella tərzində yazılmasına baxmayaraq roman təsiri bağışlayır və elə hər cümləsi insanın daxili hislərini yansıdır. Əsəri yazarkən Sabahattin Ali rus ədəbiyyatından ilham almışdır. “Raif Efendi” obrazının daxili aləmi ilə tanış olduqdan sonra bəlkə də, həyatda xəyal dünyasından uzaq olaraq, öz içinə qapanmadan yaşamaq daha əlverişli üsuldur kimi fikir formalaşır insanda. Çünki xəyal dünyasında yaşamaq kədərdən başqa heç nə əldə tutulur bir şey gətirməyə bilər. Məni ən düşündürən məqam isə həyatda bəzi şeylərin və bəzi insanların bizim üçün sadəcə mövcud olmasını anlamağım oldu. Elə olur ki, çox yaxınlarımızı heç illər boyu tanımır, əslində kim olduqlarını anlamır, bir “dost”, “qohum”, “ana”, “ata” adlanan mücərrəd məfhumlardan başqa, həqiqətən, daxili dünyalarını bilmirik. Ən yaxınlarımız bəzən bizə ən uzaq gələnlərə çevrilir və beləcə də qalırlar. Bunları düşündükcə ətrafımızda nə qədər ən yaxın görünən, amma ən yad olan insanların olduğununun fərqinə varırıq. Əsərdə də deyildiyi kimi: “İnsanlar birbirinin maddi yardımlarına ve paralarına değil, sevgilerine ve alakalarına muhtaçtırlar. Bu olmadıkdan sonra, aile sahibi olmanın hakiki ismi, birtakım yabancılar beslemekti”.
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,3bin okunma
10/10
·335 syf.··
Beğendi
·
2023 1. kitabı
·
30 günde okudu
·
Okunma: 07 Ocak 2023 00:53
Dəfələrlə yenidən oxuya biləcəyim tək kitab ola bilər. Əsərin baş qəhrəmanı olan Artur, yəni Ovod idealım ola biləcək obrazlardan oldu. Həyatı boyu ancaq çətinliklərlə üzləşib hər cür əzaba qatlaşsa da , özündə bitməyəcək bir həyat eşqi hiss edirdi. “Min-min əzab çəkmiş həyat hələ də o yaralı bədəndə çırpınırdı”. Əsərdə ən həlledici obrazın Montanelli olmasına baxmayaraq onun “İsaya” olan sevgisi Ovoda olan sevgisindən güclü idi, bəlkə də. Buna görə də göylərin məhəbbətini qazanmağı üstün tutdu. Ancaq düşmənlərinin belə Ovoda rəğbət bəsləməsi onun həyatının və mübarizəsinin aliliyinin sübutu oldu.
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,317 okunma