Bəs sizin "Funiculi Funicula'" kafesi kimi bir kafedə zamanda səyahət edə bilmə şansınız olsaydı, bu məkan hara olardı və nəyi dəyişmək istərdiniz? Bu kafedə zamanda səyahətin bir sıra yorucu qanunları var:
1. Keçmişə səyahət, heç nəyi dəyişmir.
2. Bunun üçün sizə xüsusi fincanda qəhvə verilir, qəhvə soyumamış onu içib bitirməlisiniz və qəhvə bitdikdə geri qayıdırsınız.
3. Bunun üçün kafedəki oturacaqlardan yalnız seşilmiş birində əyləşməlisiniz və bunun üçün həmin yerin boşalmasını gözləməlisiniz.
4. Zamanda səyahət zamanı əyləşdiyiniz yerdən durmamalısınız, durduğunuz təqdirdə geri, olduğunuz zamana qayıdırsınız.
5. Keçmişdə yalnız həmin kafeni ziyarət etmiş şəxslə görüşə bilərsiz.
(Toshikazu Kawaguchi- Kahve soğumadan önce)