"Gölün içi , diye düşündü, nasılsa taş dolu."
Kitabın bu son cümləsi çox qəşəng və mənalı idi axı. İnsanoğlu əsla ağıllanmaz, nəyisə düzəldəcəyin düşünər amma yenə dönüb dolaşıb eyni yerə çıxar. Bəzən yaşadığımız bu dünyanın ucsuz bucaqsız, tükənməz olduğun düşünürük, bir növ onun hər şeyini istismar edirik, sabahımızı düşünmürük. Axı axrımız hara gedir? İllər keçdikcə həm insan özünü həm də insanlığı elə özü məhv etdiyinə əmin oluram. Hər inkişafın pik bir nöqtəsindən sonra tənəzzülü gəlir. İnkişaf etdiyimizi sanırıq, bəs həqiqətən inkişafmı edirik? Yer üzərnin iki fərqli nöqtəsindən birində insanların yeyib-içib şənlənib, eqoistcəsinə özünü düşünərkən, digər nöqtəsində səfil həyat sürməsi ədalətdirmi? Axı bu təbəqələşməni kim yaradıb? Yaşananların günahkarı insanın özüdür yoxsa bütün cəmiyyət? Hər gün biri-birindən daha canicəsinə cinayətlər, savaşlar, qətliamlar yaşanır, axı bütün bu insan ideologiyasının pozulmasına kimlər səbəb olub? Biz harada səhv elədik? Bəli cəmiyyət, insan özü özünün düşmənidir. Düzələcəyini sanmıram və bu qorxuludur...