Siqaretdən imtina edən iki insan təsəvvür edin: birinciyə siqaret təklif olunanda deyir: “Yox, çox sağ olun. Mən siqareti tərgitməyə çalışıram”. Bu, haqlı cavab kimi görünür. Əslində isə, bu adam özünü hələ də öz fəaliyyət şəklini dəyişməyə cəhd edən siqaret çəkən şəxs kimi qəbul edir.
O, davranışı dəyişəcəyinə ümid bəsləyir. Buna baxmayaraq, inancları əvvəlki kimi qalıb.
İkinci insan bu sözlərlə imtina edir: “Yox. Çox sağ olun. Mən siqaret çəkmirəm”. Kiçik fərq kimi görünsə də, bu mühakimə o insanın identikliyində baş verən dəyişikliyin sübutudur. Siqaret çəkmək onun indiki yox, keçmiş həyatının bir hissəsi olub. O artıq özünü “siqaret çəkən” anlayışı ilə identikləşdirmir.
Ustalıq səbir tələb edir. Milli basketbol assosiasiyasının ən uğurlu komandalarından bir “San Antonio Spers” soyunma otaqlarında sosial reformlar tərəfdarı Yakob Riisin sitatını asıblar: “Mənə artıq heç nəyin kömək edə bilməyəcəyini düşünəndə gedib daşyonana baxıram. O, daşa yüz zərbə vurur, daşın səthində heç bir çat əmələ gəlmir. Amma yüz birinci zərbə onu iki yerə böləndə anlayıram ki, daşı dağıdan sonuncu zərbə deyil, buna qədər olanlardır”.
Bundan başqa oxuduğunuz hər bir
kitab nəinki yeni nəsə öyrədir, eləcə də
tanış şeylərə başqa baxış bucağından
baxmağa imkan verir. Uorren Baffetin
dediyi kimi: "Bilik məhz belə işləyir. O,
mürəkkəb faizlər kimi artır".