İndiyə qədər oxuduğum ən yaxşı kitablardan biri oldu.
Elmiliyi etibarilə informativ olsa da, olduqca axıcı, maraqlıdır. Oxucunun elm, texnologiya, təkamül, kapitalizm və s. əlaqəli biliklərini dərinləşdirəcək, dünyagörüşünü dəyişdirəcək bir kitabdır.
Kitab bəşəriyyətin üç böyük inqilabı; Təfəkkür İnqilabı, Aqrar İnqilab və Elmi İnqilab olmaqla üç bölməyə ayrılmış, tarixi-siyasi, sosial-iqtisadi və s. hadisələr xronoloji ardıcıllıqla şərh olunmuşdur.
"Gələcək texnologiyaların əsl potensialı Homo Sapiens-in sadəcə silahlar və nəqliyyat vasitələri deyil, hisslər və arzular da daxil olmaqla, özünü dəyişdirə bilməsidir."