Sonra Oblomov acı-acı:
- Səadət, xoşbəxtlik! - dedi. - Sən nə qədər kövrəksən, nə qədər etibarsızsan! Duvaq, çələng, sevgi, məhəbbət! Bəs pul hanı? Bəs nə ilə yaşayaq? Ah sevgi, təmiz, qanuni bir nemət, səni də satın almaq lazım imiş.
mənim də həyatım sənsiz bir gün-güzəran deyildir, gecələr röyada daima çiçəkli vədilər görürəm. Səni görəndə mərhəmətli, fəal bir adam oluram, görməyəndə canım sıxılır, tənbəllik basır, uzanmaq istəyir və heç bir şey haqqında düşünmək istəmirəm...
Elə bir adam tapılarmı ki, saatlarla sizə tamaşa edib, sizi dinləyəndən sonra, məftunluqdan ayrılmaq kimi ağır bir vəzifəni könüllü surətdə öz öhdəsinə götürmüş olsun?
Daimi surətdə vurnuxma, daimi surətdə murdar və cılız ehtiraslar oyunu, xüsusilə acgözlük, bir-birinin yolunu kəsmək, qeybət, dedi-qodu, bir-birinə qarşı kinayə və təhqir, adamı təpədən dırnağa qədər süzmə, nə barədə danışdıqlarına qulaq asanda adamın başı gicəllənir, lap dəli olursan. Baxanda adama elə gəlir ki, bu insanlar çox ağıllı, üzdən çox ləyaqətli və tərbiyəli adamlardır, elə onu eşidirsən ki: «filankəsə filan şey vermişlər, filankəs filan yeri icarəyə götürmüşdür. Axı canım, nə üçün?» deyə birisi bağırır. Filankəs dünən klubda qumar oynayırkən uduzmuşdur; filankəsin üç yüz min gəliri vardır!» cansıxıcılıqdır, cansıxıcılıqdır, cansıxıcılıqdır!.. Bəs insan haradadır? Onun varlığı haradadır? O harada gizlənmişdir, hər cür xırda məsələyə nə üçün əl atır, necə olmuş ki belə xırdalaşmışdır?