Quran dili ilə desək, rəhman sifət adı da Allaha məxsus olub, başqa bir varlıq üçün işlədilmir. Rəhman “ən uzaq keçmişə doğru bütün məxluqlara sonsuz və hüdudsuz lütf və mərhəmət bəxş edən” deməkdir. Rəhman qulunun ona yanaşdığı halda, buna layiq olub-olmamasına əhəmiyyət verməz, bu sifətin təcəllisi yağış kimi hər şeyə yağar, günəş kimi hər şeyi isidər, işıqlandırar.
Rəhim “çox mərhəmətli, mərhəməti bol” mənasındadır və bu sifətlə bəndələri də təsvir etmək olar. Allahın Rəhim sifət adı daha çox Onun qullarının layiq olduğu və gələcəkdə layiq olacağı sonsuz rəhmətini, lütf və rəhmətini ifadə edir. “Bağışlamaq” bu sonsuz, geniş və müxtəlif mərhəmətin yalnız bir hissəsidir, onun təsirlərinin yalnız bir növüdür.