3 dəfə oxuduğum sevimli kitablarımdan biri)
Müəllifin "qara şimal küləyi" bölməsindəki təsviri sizi bir anda Texasın boz çöllərində fırtınanın ortasına aparır.Düzdü sonu vestern film klassikası tərzində xoşbəxt sonluq klişesi ilə bitir, amma yenə də maraqlı idi.
80 günə 100 kitab
Gün 65.
Kitab 85.
“Başsız atlı” Mayn Ridin ən məşhur macəra romanlarından biridir. Əsər XIX əsr Texasında cərəyan edir və sirr, sevgi, ədalətsizlik mövzularını bir araya gətirir. Gecələr ortaya çıxan başsız atlı obrazı qorxu yaratsa da, romanın əsas gücü bu qorxunun arxasında duran insani səbəblərin üzə çıxarılmasındadır.
Moris Ceraldın haqsız yerə günahlandırılması, cəmiyyətin ön mühakiməsi və şayiələrin gücü oxucuya düşündürücü mesaj verir. Luiza Poindexterlə olan münasibət isə əsərə romantik xətt qatır. Mayn Rid macəra ilə detektiv elementləri ustalıqla birləşdirərək oxucunu sona qədər maraqda saxlayır.
“Başsız atlı” yalnız sirli hadisələrdən ibarət deyil, eyni zamanda ədalətin gec də olsa qalib gələcəyinə inananlar üçün təsirli və yadda qalan bir əsərdir.
Kitabda axtarır, tapır bizim qız
Öz can yanğısını, xəyallarını.
Aleksandr Puşkin
Kitabxanaçı Ülkərin kəndə gəlişi, oradakı gənclərin, habelə yaşlıların kənd-şəhər problemləri, kənddə mədəniyyətin yüksəlişi, bu sadə insanların şəxsi həyatında kitabın yeri və təsirinin geniş şəkildə öz əksini tapdığı bir poema. Yazıldığı dövrün tələblərinə də kifayət qədər cavab verən bu əsər haqqında fikir bildirməzdən əvvəl nə yaxşı ki, şairin vəsiyyətinə rast gəldim.
Vahabzadənin 2008-ci ildə nəşr olunan on iki cildlik əsərlərinin 1-ci cildinin giriş hissəsində müəllifin öz imzasıyla yazılan yazıda belə bir qeydi var: "2001-ci ildən ilk çap olunan şeir kitabçalarımda (içərisində "Sadə adamlar" da var) gedən şeirlərimə yad gözü ilə baxdım. Etiraf edim ki, burada həm dövrün tələbi, həm də dil-üslub baxımından xeyli xətalarla üzləşdim. Əlbəttə, bunlar gənc qələm sahibinin naşılığından doğan xətalardır. Buna görə də, şeirlərin və poemaların bir qismindən tamam imtina etdim. Bir qismini isə dil baxımından bir qədər işlədim. Amma naşılıqdan və qələmin hələ bişməməsindən irəli gələn üsluba toxunmadım.
Gələcək tədqiqatçılarımdan böyük bir xahişim var:
yuxarıda adlarını çəkdiyim kitablarımdan çıxartdığım şeir və poemalarımdan müəllif olaraq mən imtina etdiyim kimi, onlar da imtina etsin və onları tədqiqatlarına cəlb etməsinlər. Əks təqdirdə, onlar mənim ruhumu incitmiş olarlar. Çünki vəsiyyət hər kəs üçün müqəddəs olmalıdır."
Bütün bunlarla yanaşı, poema əsl kitabsevərlərin ürəyindən xəbər verir. İnsanın içini isidən sadə kənd həyatı köhnə Azərbaycan filmləri təsiri bağışladı mənə. Kitabxanaçılığın məsuliyyəti, Ülkərin öz işini sevməsi və ətrafındakı insanlara da peşəsini sevdirməsi, kitablar haqqındakı tanış məlumatlar, "Ovod", "Yevgeni Onegin", "Muğan", "Başsız
Sadə AdamlarBahtiyar Vahapzade · Azərbaycan Dövlət Nəşriyyatı · 19561 okunma
Roman Vəhşi Qərbdə keçən sirli və həyəcanlı bir macəra hekayəsidir. Əsərin mərkəzində qəfil ortaya çıxan sirli bir atlı və onunla bağlı müəmmalı hadisələr dayanır. Müəllif sevgi, qisas, ehtiras və ədalət mövzularını ustalıqla birləşdirərək oxucunu sonadək maraq içində saxlayır. Təsvirlər canlı, süjet isə həm romantik, həm də detektiv ruhludur. Roman həm dövrünün atmosferini, həm də insan xarakterlərinin dərinliklərini əks etdirməyi bacarıb.
“Başsız atlı” romanı 19-cu əsrdə Amerikada baş vermiş sirli bir qətl haqqındadır. Varlı fermer Vudli Poyndekster və onun ailəsi yeni malikanəyə köçmək üçün yola çıxırlar. Böyük bir düzənlikdə yolu azan ailəni bu yerlərin məşhur vəhşi at ovçusu – mustanger Moris Cerald xilas edir. Poyndeksterin gənc qızı Luiza ilk baxışdan ona vurulur, Luizanın ona aşiq bibisinin oğlu Kassi Kolxaunsa dərhal mustangeri özünə rəqib görməyə başlayır. Günün birində Luizanın qardaşı Henri yoxa çıxır. Az sonra başsız atlı peyda olur. Bu qeyri-adi atlı ay işığına qərq olmuş savannanı dolaşaraq orda yaşayanları dəhşətə gətirir.
Başsız atlını bir çoxları hətta müxtəlif vaxtlarda və bir neçə dəfə görmüşdü…Bu qəribə surət hamını qorxutmuş və hamı üçün anlaşılmaz bir sirr olaraq qalmışdı.. İndi adamların bu dəhşətli surəti, doğrudan da, gördüklərinə heç kəs şübhə etmirdi. Buna heç inanmamaq olardımı? Buna inanmamaq azı iki yüz cüt gözün görmüş olduğuna zidd getmək deməkdi. Onu teyf adlandırmaq olmazdı. Hamı özünə belə bir sual verirdi : ta qədim zamandan bəri hökm sürən təbiət qanunlarına zidd gedən bu qəribə hadisəni necə anlamalı? Bir-birinə zidd olan ən azı on müxtəlif fikir deyilirdi. Bu fikirlər az çox həqiqətə oxşasa da, bəzən çox mənasız görünürdü. Bəziləri onun həqiqi bir atlı olduğunu hesab edib başını şal altında gizlətdiyini, qarşıdakı yolu görmək və atı idarə etmək üçün şalda göz üçün iki deşik olduğunu düşünürdü. Elə adamlar da vardı ki,başsız atlının iblis olduğunu inadla təsdiq edirdilər…Kimdir o - kabus, şeytan yoxsa insan ?
“Başsız Atlı”nı oxumaq çox xoş oldu. Hadisələr necə gəlib keçir, hiss etmirsən belə. Luizanın sədaqəti, sevgisi başdan sona təsir edir — oxuduqca ona hörmətin daha da artır.