Mən qarşımda təbiətin ən gözəl şeylərini görürəm: mən yaşlı otları, ağacları, çiçəkləri- insanın çox böyük zəhmətlə becərdiyi şeyləri görürəm. Lakin insan heç bir zaman öz gözəlliyi etibarilə buna tay olan bir şey yarada bilmez. Buna heç bir şey əlavə etmək olmaz: bu öz mükəmməlliyi etibarilə təbiətin qüsursuz bir parçasıdır!
- Atı tərk etmək?! Onu çılğın ayğırların işgəncəsinə buraxmaq?! Yox, yox mister Cerald! Mustanqı mən çox istəyirəm. Əgər bacarsaq, ikimiz də uçurumun üzərindən atılıb keçəcəyik. Bacarmasaq, ikimiz də onun dibinə düşüb məhv olacağıq. Mənim qəşəng atım! Gəl uçaq!!!