8/10
·64 syf.··
Beğendi
·
2025 18. kitabı
Benjamin Buttonun Tuhaf Hikayesi – Zamanın İçində Tərsinə Yalnızlıq (F. Scott Fitzgerald, 1922) Benjamin Buttonun hekayəsi ilk baxışda qəribə görünə bilər – bir insanın yaşlı doğulub uşaq kimi ölməsi. Amma əslində bu, zamana uyğunlaşa bilməyən bir insanın özlüyünə sadiq qalmaq uğrunda verdiyi səssiz bir mübarizədir. Fitzgerald bu qısa hekayə ilə bizə sual verir: Cəmiyyət nəyi qəbul edir və nəyi rədd edir? Və biz niyə bununla barışmalıyıq? Benjaminin görünüşü ilə iç dünyası heç vaxt üst-üstə düşmür. Amma bu fərqlilik onun üçün yox, cəmiyyət üçün problemdir. Onu sevmirlər, çünki göründüyü kimi davranmır. Bəs nə fərqi var? Əgər bir insan özünü uşaq kimi hiss edirsə, niyə qoca kimi sakit olmalı, yük daşımalı, əylənməkdən imtina etməlidir? Benjaminin günahı nədir axı – təbiətin ona verdiyi fərqli zamansallıqmı? Əsərin ən təkir edici hissəsi isə budur: Benjaminin həyatı yalnız o “orta yaş” mərhələsində “normal” sayılır. O zaman görünüşü və davranışı cəmiyyətin qəliblərinə uyğun gəlir. Və nə baş verir? İnsanlar onu sevməyə, dəyər verməyə başlayır. Deməli, bizə biz olduğumuz üçün yox, cəmiyyətin istədiyi şəkildə olduğumuz zaman dəyər verilir. Əslində isə Benjaminin hekayəsi, cəmiyyətin fərqliliyi necə əzdiyinin, normadan kənara çıxanları necə tək buraxdığının simvoludur. Onun kimi olmaq – bir ömür boyu anlaşılmamaq, qəlibə salınmaq və sevilmək üçün dəyişməyə məcbur edilmək deməkdir. Bu əsərdə çox aydın görünür ki, bir insanın daxili dünyasının istəyinə qarşı gəlinir. Çünki cəmiyyətə görə əsas olan görünüşdür. Halbuki ətrafımızda saysız “Benjamin”lər var – içində fərqli hiss edən, amma üzərinə geyindirilmiş sosial rollara uyğunlaşmaq məcburiyyətində qalan insanlar. Mən onlara “görünməz Benjaminlər” deyirəm. Onlar hər yerdədir. Sadəcə görünmürlər… Çünki cəmiyyət onları
Benjamin Button'ın Tuhaf HikayesiF. Scott Fitzgerald · Kızıl Panda · 202127,9bin okunma
Hayvan Çiftliği
Puan vermedi·152 syf.··
2023 2. kitabı
En çox 1984 kitabı ile tanınan Orwel’ın “Hayvan Çiftliği” kitabında sosializmə və ‘Stalin Dönəmi’nə qarşı edilmiş bir tenqiddir. Burda insanların zülmündən bezmiş heyvanların baş qaldırması və sonrasında baş verən hadiseler yer alır. Kitabı oxuduqda bir anlıq heyvanları unudur və öz heyatımızı görürük əsərdə. Məqsəd bərabər ve azad yaşamaqdır. İlk başlarda bu bele də olar ama sonrasında işin rəngi dəyişir. Donuzların tam bir sosialist sistem qurması Stalin dönəmini əks etdirir. Kitaba baxdıqsa əslində dövrümüzdə heçnəyin dəyişmədiyi göz qabağındadır; Diktator rejimi, sorgulamamaq, kor koranə mütləq bir inancla itaet etmək, sistemin tələb etdiyi yaşam tərzinə uyum, bərabərsizlik, edalət adı altında olan haqsızlıqlar və.s Kitabda sorğusuz sualsız hər şeyə inanan inəklər və digər heyvanlar heçdə yad deyil. (Kitabı oxuyanda sovet dövrünün kişilərinin niyə ‘sovetin dövründə belə idi’ deməyin və hamısının eyni düşüncədə olmağını daha yaxşı başa düşdüm. Çünki Squealerlar her zaman oları öz fikirlerine inandırıb, Boxer’lar itaət edib və Benjaminlər susub)
Klasikler
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,8bin okunma