Bəla, müharibə kimi dəhşət hesab etdiyimiz işlər belə Yaradanın ədalətsizliyinə, baş verənlərin hikmətsiz olduğuna sübut deyil. Bu dəhşətləri Yaradan deyil, bizim kimi insanlar yaradıb. Mən sənin sadaladığın dəhşətləri gördükcə Yaradanın varlığına əminliyim daha da artır. Əmin oluram ki, bu cür zalımları cəzalandıracaq bir Tanrı mütləq olmalıdır. Onun yaratdığı gözəllikləri dağıdan, çirkinləşdirən günahkarlara layiqli cəzasını verəcək biri mütləq olmalıdır.
Sayfa 125 - Nəşriyyat: Qədim Qala, Obraz: Visam·Kitabı okudu