Kitabla tam düşüncələrimi ən sonda yazmaq istəyirəm. Wattpad dən oxuduğum üçün əslində kitablar harda bitir tam bilmirəm. Təqribi bölürəm.
Kirabın sonu qorxudur məni
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır.
Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük.
Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu:
İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır.
Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar?
İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125bin okunma
Rövşən Abdul oğlu üzləşmə, mən yeməli deyiləm kitabları yaza bilirsə necə olurki bunun kimi sadə heç bir fəlsəfəsi olmayan kitab yazır mən yaxşı bir tənqid edirəm pis başa düşməyin yəni kitabı oxudum bitirmekde o qədər vaxt almadı amma digər kitablarınızdan əsər əlamət yox idi. Oxuduğuma peşman oldum. Uşaq əsəri idi ya deyildi bilmirəm amma uşaq eseride olsa çox mənasız idi yəni mən relsler üzərində uzanmış adam əsəri kimi hətta mənə görə ən yaxşı eseriniz olan kitabdan çox gözləyirəm sizi sevirəm Rövşən abii Rövşən Rövşen Abdullaoğlu
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var"
Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu.
Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir.
Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir.
Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq.
Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kitabın əvvəlində sıxıldım. Bilmirəm niyə amma çətin oxundu. Amma sonrası elə axıcı gəldi ki…
Çox bəyəndim. Kitabı booktokerlərin sevimlisi olduğundan deyil mövzusu diqqətimi çəkdiyi üçün oxumaq istəyirdim.
Və oxudum. Bəzi məntiqi anlamadığım şeylər olsa da çox gözəl idi. Ən qısa zamanda Gök Kuzgun da oxumaq istəyirəm.
Kızıl GerdanPınar Salman · Pukka Yayınları · 2025208 okunma
Wulf Dorn
Əslində illər əvvəl yazardan kitab oxumuşam. Ya da elə xatırlayıram. Bilmirəm. Bəlkə də ilk dəfədi oxuyuram.
Sevdimmi? Sevdim. Nikkanı çox da sevməsəm də mövzunu çox sevdim