Ürəyimdə son dərəcə bir yüngüllük, bir genişlik duyuram. Bəlkə, əslində, sevmək elə budur? Çünki mən indiyədək sevməyin nə olduğunu bilmirəm. Sakitləşsəm, necə hərəkət etməliyəm? Çünki həmişə iradəmə arxalanmaq istədikdə özümdə böyük bir cəsarətsizlik duymuşam... Bəlkə hadisələri özbaşına buraxmaq lazımdır?...
– Mən uşaq olduğum zaman, – Daldri dedi, – divarların arxasında nələr baş verdiyini düşünərək saatlarla evlərin fasadlarına baxmağı çox sevərdim. Bilmirəm niyə, amma başqalarının həyatı mənə hər zaman maraqlı gələrdi. Onların həyatı ilə öz həyatım arasındakı oxşarlıqları və fərqlilikləri bilmək istəyirdim.
"Məsələ kor bağırsaqda, böyrəkdə deyil, həyatda və... ölümdədir. Bəli, yaşayırdım, indi isə, budur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu".
..bu da həqiqətdir ki, bugünkü vəziyyətimdə qalmaq istəmirəm. Tamamilə başqa bir həyat, daha abırlı və daha mənalı bir həyat istəyirəm. Kim bilir, bəlkə də belə bir həyata nail olmaq mümkündür... Lakin içimdə elə bir şeytan var ki... o, məni istəmədiyim hərəkətlərə vadar edir. Onun pəncəsindən xilas ola bilmirəm, mümkün olmur... Təkcə mən yox, hamımız o şeytanın əlində oyuncağıq.